19:02 Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib  |     18:55 Azərbaycanlı veteranlara psixoloji və tibbi yardım göstərmək üçün türkiyəli mütəxəssislər dəvət olunub  |     18:50 "Elmlər Akademiyası" metrostansiyası ilə Bayıl parkı istiqamətində hərəkət edən avtobuslar yenilənir  |     18:43 Salyanda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb  |     18:36 Azərbaycan millisi dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq  |     18:29 Narkoloji Mərkəzin həbsdə olan sabiq baş direktoru və müavininə hökm oxunub  |     18:24 Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb  |     18:16 Alimlər "3I/ATLAS" ulduzlararası obyektinin rəngində dəyişiklik qeydə alıblar  |     18:10 Əfqanıstanla Pakistan arasında noyabrın 6-da İstanbulda yeni görüş keçiriləcək  |     18:03 Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor müavini təyin edilib  |     17:57 81 və 160 nömrəli avtobuslar dəyişdirilir  |     17:57 Gəncədə hərəkətdə olan "Passat" yandı  |     17:56 Vyetnamda daşqınlar 14 nəfərin həyatına son qoydu  |     17:55 Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb  |     17:46 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi  |     17:46 Suraxanıda 12 min manatlıq dələduzluq edən şəxs tutuldu  |     17:45 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar  |     17:44 Bakı-Sumqayıt qatarına daş atdılar  |     17:44 Polis 27 avtomat aşkarladı  |     17:44 Taksi sürücüləri üçün imtahan keçiriləcək  |    

TƏBİB-dən xəstəxanada olduğu iddia edilən huşsuz əsgər və zabitlərlə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi KİV-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə TƏBİB-in departament müdiri Aygün Əliyeva məlumat verib.

O bildirib ki, hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qələbəmizlə yekunlaşan Vətən müharibəsində yaralanan hərbçilərimiz var və onlar müvafiq olaraq müayinə və müalicə olunurlar:

“Lakin həmin hərbçilərimizin yaddaşları ilə bağlı hər hansı bir problem yoxdur. COVID-19 pandemiyası ilə əlaqədar yaxınları ilə görüşmək imkanları məhdudlaşdırılsa da, mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayırlar. Bir daha belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət etməyə, sosial şəbəkə istifadəçilərini isə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırıq.

Bu həssas dövrdə həqiqəti əks etdirməyən, dəqiqləşdirilməmiş məlumatları yaymaqla hərbçilərin ailələrinə qarşı mənəvi haqsızlıq etməməyi xahiş edirik. Onu da qeyd edək ki, hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            780 19.11.20 16:07