TƏBİB Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.
Median.az xəbər verir ki, TƏBİB-dən Trend-ə verilən məlumatda deyilir:
"Son günlər sosial şəbəkələrdə guya əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda "Yeni Klinika" tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb.
B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir".
Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.