Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Hospitaldan Bəhram Bağırzadənin adından yayılan səs yazısına MÜNASİBƏT

20.06.2020 18:13 1 814
Hospitaldan Bəhram Bağırzadənin adından yayılan səs yazısına MÜNASİBƏT
Mərkəzi Gömrük Hospitalı (MGH) Əməkdar artist Bəhram Bağırzadənin adından sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.

Hospitalın Mətbuat Xidmətinin rəhbəri Dilarə Zamanova Report-a açıqlamasında bildirib ki, Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına yerləşdiriləndən sonra onun səs yazısı olmayıb.

“Sözügedən səsyazısının həqiqətən də Bəhram Bağırzadəyə məxsus olmasını ailəsindən soruşmaq lazımdır. Bəhram Bağırzadə iyunun 13-də digər hospitaldan bura köçürülüb. Həmin vəziyyətdə də yatır. Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına köçürüləndən sonra heç bir səs yazısı olmayıb. Çünki o, reanimasiya şöbəsində aparatlara qoşulub və danışmayıb. Ümumiyyətlə, həmin səsin Bəhram Bağırzadəyə aid olmasını isə ailəsi bilər, çünki o səs bəlkə də Bəhram bəyə aid deyil”, - deyə D.Zamanova bildirib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Son xəbərlər