Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda xəstəxanada ölən şəxsin meyiti icazəsiz yarılıb? - AÇIQLAMA

19.02.2020 18:08 1 635
Azərbaycanda xəstəxanada ölən şəxsin meyiti icazəsiz yarılıb? - AÇIQLAMA
Sosial şəbəkələrdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölən xəstənin meyitinin ailəsinin icazəsi olmadan yarıldığına və orqanlarının çıxarıldığına dair məlumatlar yayılıb. Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olmaqla yanaşı, insanları narahat edib.

Məsələ ilə bağlı Oxu.Az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət edib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölən xəstənin meyitinin yarılaraq orqanlarının çıxarıldığına dair yayılan məlumatlar əsassızdır.

Belə ki, sözügedən xəstənin meyiti ailə yaxınlarının müşayiəti ilə morqa göndərilib:

“Fəhlə kimi təqdim edilən 1982-ci il təvəllüdlü xəstə fevralın 13-ü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkim müayinəsi nəticəsində xəstəyə qanaxma, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Xəstənin vəziyyətinə uyğun olaraq həkimlər tərəfindən zəruri tibbi müdaxilələr edilib. Lakin xəstə həmin gün saat 15:00-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Xəstənin meyiti qohumlarının, qardaşının və polis əməkdaşlarının müşayiəti ilə morqa göndərilib. Heç bir orqan çıxarılması və ya digər məsələlərdən söhbət gedə bilməz”.

Məlumatda o da qeyd olunub ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında orqan mafiyası və digər neqativ hallarla bağlı şübhəsi olan şəxslər bu barədə hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər.скачать dle 11.3

Son xəbərlər