Mojo.az Banner
21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |     20:55 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     20:46 Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri ilə bağlı qərar  |     20:41 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     20:35 Azərbaycanda həkim vəfat etdi  |     20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     19:38 Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var  |     19:30 Türkiyə Azərbaycan helikopterləri üçün yeni pulemyotlar verəcək  |     19:24 Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib  |     19:15 13 yaşlı oğlan faciəli şəkildə öldü  |     19:10 Bakıda hazırda hansı yollarda sıxlıq var? - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

İynədən ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA

09.07.2024 13:30 699
İynədən ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Hacıqabul rayon sakini, 55 yaşlı İlhamə Rəhimova inyeksiyadan şoka düşərək vəfat edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 21:00 radələrində 1969-cu il təvəllüdlü şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

"Xəstə daxil olarkən, digər həkimin yazdığı reseptə uyğun venadaxili inyeksiyanın tətbiq olunmasını xahiş edib. Növbətçi həkim reseptlə tanış olduqdan sonra tibb bacısı tərəfindən sınaq üçün inyeksiya olunub. Xəstədə anafilaktik şok halı baş verib.

Dərhal konsilium üçün həkim-anestezioloq-reanimatoloq çağırılıb. Tibbi protokola uyğun olaraq, şok əleyhinə zəruri yardımlar edilib.

Xəstənin halı anidən pisləşdiyi üçün intubasiya etmək mümkün olmayıb. Bundan əlavə, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, xəstədə saat 21:57-də ölüm halı qeydə alınıb".скачать dle 11.3
Mojo.az Banner