Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı

17.11.2020 15:11 1 254
Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı
"Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayacağını açıqlasa da, vədinə əməl edə bilmədi. Buna səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb.

Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir.

Xatırladaq ki, “Azəristilik”in ötənilki borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verilmişdi. Amma görünən odur ki, problem hələ də davam etməkdədir.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, ötənilki ödəmələr ötən mövsümlə bağlı idi:

“Hər mövsüm üçün qaz təchizatı var. Əgər istiliyin verilməməsini qaz ala bilmələri ilə əlaqələndirirlərsə, qazanxana, hansı mərkəzləşdirilmiş istilik sistemi olan yeri idarə edən məsul şəxs deyirsə ki, biz qaz ala bilmirik, bunun səbəbini də açıqlaya bilərlər.

Ölkədə kifayət qədər qaz ehtiyatları var. Bu gün sifarişçinin alacağı qazın ödəmələri ilə bağlı öhdəlikləri də üzərinə götürmək şərtilə istənilən sifarişini yerinə yetirməyə hazırıq. Yəni sifarişçi alacağı qazın sərfiyyatına uyğun ödəmələri icra etməlidir. Bu baxımdan, qazanxanalar qazı hansı səbəbdən almadıqlarını yaxşı bilirlər. Buna özləri aydınlıq gətirsələr, daha yaxşı olar”.

Qurum rəsmisi deyib ki, qaz təchizatı ilə bağlı heç bir problem yoxdur:

“Kiçik bir müqayisə aparaq. Bir bina evində məişət üçün istifadə edilən, yəni mətbəxə gələn qaz var. Qaz təchizatı olmasaydı, bina sakininin mətbəxində də ola bilməzdi. Amma həmin binaya istilik verən qazanxana qaz ala bilmir. Burada yaranan sualın cavabını həmin qurumun əməkdaşları açıqlasalar, daha yaxşı olar”.

“Azəristiliktəchizat” ASC-dən məsələyə bir qədər araşdırmadan sonra aydınlıq gətiriləcəyi bildirilib.скачать dle 11.3
Mojo.az Banner