Azərbaycanın işğaldan azad olunan ərazilərinə polis şöbələri köçürülür - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:31 Lənkəranda bir ailənin beş üzvü qəzaya düşdü  |     17:02 Elektrik və qazla əlaqədar sabit tarifin tətbiqinin məqsədi AÇIQLANDI  |     16:43 İsmayıllıda səkkiz yaşlı oğlana təcavüz edildi  |     16:19 Prezident TƏSDİQLƏDİ - Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi  |     16:18 Tanınmış jurnalisti döyüb ayağını sındırdılar - VİDEO  |     16:07 "ChatGPT"nin işində nasazlıq yaranıb  |     15:50 Müsahibədə uğur qazanan bəzi uşaqlar avtomatik birinci sinfə yerləşdiriləcəklər  |     15:12 "Məclis.İnfo" işində ittiham elan olundu  |     15:10 Hərbi Prokurorluqda YENİ TƏYİNAT  |     14:58 Bakıda tələbə qız qarpızdan zəhərlənərək öldü - TƏBİB-dən AÇIQLAMA (VİDEO)  |     14:56 Əli Əsədov Özbəkistanda səfərdədir  |     14:26 Bakıda hotelə bomba qoyulması barədə yalan məlumat verən şəxsə HÖKM OXUNDU  |     14:25 Qəbələ və Şəkidə onminlərlə abonentin qazı kəsiləcək - SƏBƏB  |     14:23 Sabah 36 dərəcə isti olacaq  |     14:22 Qeyri-məqbul qiymət alan abituriyentlərin NƏZƏRİNƏ  |     14:21 Sürücülərin NƏZƏRİNƏ - Bakının mərkəzində sərnişinlər üçün "drop-off" məntəqəsi yaradıldı  |     14:20 Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı - VİDEO  |     14:18 Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ  |     14:16 Bayram günlərində 230 yanğın hadisəsi olub - Video  |     14:13 Formula-1 üzrə 2026-cı il Bakı Qran-Prisinin vaxtı bəlli oldu - FOTO  |    

Azərbaycanın işğaldan azad olunan ərazilərinə polis şöbələri köçürülür - AÇIQLAMA

“Müvafiq Polis Şöbələrinin işğaldan azad olunan ərazilərimizə köçürülməsinə başlanılıb”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Şuşa Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhərindədir:

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür. Artıq Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunublar”.

E.Zahidov onu da əlavə edib ki, bu proses Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq aparılır:

“Bu Polis Şöbələri müvəqqəti komendantlıqlar şəklində aidiyyəti rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər”.

Xatırladaq ki, Azərbaycan ordusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı müharibədə qazandığı qələbə nəticəsində, noyabrın 8-i Şuşa şəhəri erməni işğalından azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 206 12.11.20 15:21