Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün Komissiyanın ilk iclası keçirilib - FOTO

09.11.2020 21:00 1 341
Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün Komissiyanın ilk iclası keçirilib - FOTO
Bu gün Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.

Son xəbərlər