Mojo.az Banner
18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

27.10.2020 23:13 1 647
Bu gün Ermənistanda 27 oktyabr 1999-cu ildə ölkə parlamentində törədilmiş terror aktının qurbanlarının xatirəsi yad edilir.

Median.Az
virtualaz.org-a istinadən xəbər verir ki, 21 il bundan əvvəl "Hökumət saatı” vaxtı beş silahlı şəxs parlamentin iclas zalına soxulmuş, deputatlara və hökumət üzvlərinə atəş açmışdı. Səkkiz nəfər terror aktının qurbanı olmuşdu: Milli Məclisin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarqsyan, MŞ sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikayıl Kotanyan, Henrix Abramyan, Armenak Armenakyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan.

"Bu cinayət Qarabağ məsələsinə görə törədilib", - deyə "panorama.am” Ermənistanın qətlə yetirilmiş baş naziri Vazgen Sarqsyanın qardaşı Aram Sarqsyandan sitat gətirib.

Onun sözlərinə görə, aydın idi ki, o vaxt Ermənistan ayağa qalxmışdı. Qardaşının qətlindən dərhal sonra Ermənistan hökumətinin başçısı postunu tutan Aram Sarqsyan hesab edir ki, cəbhədəki hazırkı məğlubiyyət Ermənistanın terror aktına görə cəzalandırılmasıdır: "Çox güman ki, müharibə bizim bu günahımız ucbatından bitmir. Biz Allah qarşısında günah işlətmişik, özümüz özümüzün əleyhinəyik, ona görə də müharibə qurtarmır. Biz bu məsələyə nöqtə qoymağı bacarmalıyıq. Bu problemi daim növbəti nəslə ötürmək düzgün deyil.

Bildiyimə görə, müharibə həqiqətən müəyyən müddət davam edəcək və belə şəraitində yaşamağı öyrənmək lazımdır, bu dövr üçün müvafiq strukturlar yaradılmalıdır".скачать dle 11.3
Mojo.az Banner