Mojo.az Banner
13:24 Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB  |     13:20 Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin  |     13:16 “Yeni ulduz” televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək - Ekspert  |     13:11 Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI  |     13:10 Ermənistanda "Qazprom"un dörd əməkdaşı həbs edildi  |     13:08 Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı  |     13:04 ABŞ-İran gərginliyi ilə bağlı SENSASİON açıqlama  |     12:57 Dünya bazarında neft qiymətləri necədir?  |     12:49 Klublarımız pley-offa adladılar: Azərbaycanın UEFA reytinqində yeri dəyişdimi?  |     11:39 Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI - Video  |     11:33 Azərbaycan nefti ucuzlaşıb  |     11:32 Gəncədə "Changan" piyadanı vurub öldürdü  |     11:32 Zaqatalada avtomobil aşıb: Xəsarət alanlar var  |     11:14 Bir gündə 11 diş implantı qoyuldu, həyatını itirdi: Cənubi Koreyada 75 yaşlı qadının FACİƏSİ  |     11:13 Ermənistanda keçmiş deputat həbs edildi  |     11:12 "Barselona"nın hücumçusu PSJ-yə keçəcək  |     10:50 Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |    
Left Banner
Right Banner

Feysbukda bloklanmadan necə xilas ola bilərik? - MÜTƏXƏSSİS

22.10.2020 21:29 1 932
Feysbukda bloklanmadan necə xilas ola bilərik? - MÜTƏXƏSSİS
"Facebook sosial şəbəkəsində bloklama və qadağan edilmiş şəkillər üzrə axtarış avtomatik həyata keçirilmir, bu və ya digər kontentin məqbul olması barədə qərar insanlar - istifadəçilərin şikayətlərini araşdıran Facebook ekspertləri tərəfindən verilir. Facebookdan istifadə qaydaları bütün mümkün mübahisəli halları əhatə etməyindən şikayətlərin sayı çox olduqda hər hansı yazının silinməsi ilə bağlı qərar 10 saniyə ərzində qəbul edilməli olur".

Median.Az
ted.az-a istinadən son vaxtlar hesab və səhifələrə qarşı ard-arda sanksiyaları nəzərə alaraq, Feysbuk tərəfindən müəyyən edilmiş davranış qaydalarını təqdim edir:

Əqli mülkiyyət hüquqlarını və konfidensiallığı pozan mətnləri, foto və vodeoları paylaşmayın;

· Siyasi məsələlərlə bağlı postları reklam kimi yerləşdirməyin;

· Rəylərinizi "flood" etməyin və təkrarlamayın;

· İP-ünvanların tez-tez dəyişməməsi üçün VPN bağlantısına təkrar-təkrar qoşulmayın;

· Rəylərinizdə aqressiyadan, həddən artıq emosiyalardan ("hate speech") çəkinin;

· Ölüm görüntülərini, nifrət, qorxutma və qəddarlıq materiallarını paylaşmayın;

· Terror təşkilatlarına dəstək, zorakılığın təşviqi, şiddət çağırışları, nifrətin təhriki qadağandır;

· Sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, rəngi, cinsi, dili, fəaliyyətinin növü, əlilliyi, xəstəliyi və digər hallarla bağlı təhqirlər yerləşdirməyin;

· Silah istehsalı və ondan istifadə üzrə təlimatların nəşri qadağandır;

· Replikaların və saxta məlumatların reklamı qadağandır (Spam və arzuolunmaz reklam böyük cərimələrə səbəb ola bilər);

· İntihar, özünü yaralamaq, insanlara və heyvanlara qarşı zorakılıq səhnələri, başqasının əziyyətindən zövq almaqla bağlı şərhlərin yayımlanması qadağandır;

· Başqlarının fərdi məlumatlarını paylaşmaq olmaz;

· "D hesabların məzmununu dərc etmək, özünü başqa insan və təşkilat kimi qələmə vermək məqsədilə saxta hesablar yaratmaq və istifadə etmək qadağandır;

· Məhsul və xidmətlərin reklamı üçün biznes səhifələrindən istifadə edin.скачать dle 11.3
Mojo.az Banner