Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Maksim Şevçenko: "Azərbaycan “Böyük Ermənistan” xülyasını yoxa çıxardı"

20.10.2020 22:30 1 125
Maksim Şevçenko:
"Azərbaycan ordusu Zəngilanı aldı!"

Bu sözləri özünün "Maks atakuet” Teleqram kanalında rus politoloq, jurnalist, teleaparıcı və ictimai xadim, 9 sentyabr 2018-ci il tarixdən VII çağırış Vladimir Bölgəsi Qanunvericilik Məclisinin deputatı, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Maksim Şevçenko yazıb.

O, növbəti dəfə Azərbaycan ordusunun əməliyyatlarını şərh edib: "Bu, o deməkdir ki, demək olar Dağlıq Qarabağdan kənar bütün ərazilər Azərbaycan tərəfindən işğaldan azad edilib. Beynəlxalq spekulyantların və geopolitik oyunçuların Azərbaycan və erməni xalqlarını şantaj edib uzatdıqları "sülh prosesi" artıq əvvəlki formada heç bir məna kəsb etmir. Tamamilə aydındır ki, Azərbaycanın Laçın və tanınmamış DQR ərazisi daxil olmaqla AzSSR sərhədləri daxilində öz suverenliyini tamamilə bərpa etməsinə mane olacaq bir qüvvə yoxdur. Artıq "DQR” hökuməti, məsələn, Yerevana mühacirət edə bilər. Orada ki qarabağlıları sevir və tanıyırlar. Yaxud öz evləri kimi hiss etdikləri millət vəkili Zatulinin bağ evində yerləşə bilər. Ya da Kedmi və Satanovski ilə birlikdə Solovyovun proqramında.

Artıq Ermənistanla Azərbaycan arasında kapitulyasiya və sülh müqaviləsindən söhbət gedir. Və ya sadəcə sülh müqaviləsi. Dünya erməniləri üçün vəziyyət kökündən və tamamilə dəyişdi. "Böyük Ermənistan” xülyası şəklində qazanc və spekulyasiya amili yoxa çıxdı. Bu dünya diaspor konsorsiumunun statusu Azərbaycan ordusu tərəfindən kəskin şəkildə aşağı salınıb. Və görünür, Kremlin səssiz razılığı ilə. Putinlə Ərdoğan arasındakı razılaşmalar haqqında dəqiq məlumatımız yoxdur.

Bəlkə məsələnin strateji çəkisi indi Putin üçün elədir ki, "millətçi erməni kədəri" onun üçün qayğıdan daha çox əngələ çevirilib? Variantlar var, həm də çoxdur (tezliklə onlardan da danışacağıq).

Masa üzərində yenidən şəkillənməkdə olan dünyada tuta biləcəyimiz yerdir".скачать dle 11.3
Mojo.az Banner