Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

İtaliya mətbuatı Gəncəyə edilən raket hücumlarına geniş yer verib

17.10.2020 22:09 1 422
İtaliya mətbuatı Gəncəyə edilən raket hücumlarına geniş yer verib
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən “Rai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “Il Sole 24 Ore”, “Il Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occho Notizie”, “Gazzetta di Parma”, “Telenicosia”, “Politicamente Corretto”, MSN, “Quotidiano Countribuenti”, “Prima Press”, “Globus Magazine”, “La Gazetta del Mezzogiorno”, “La Nuova Sardegna”, “Quotidiano”, “Politica News”, “Altoadige”, “Inews24”, “Giornale del Trento”, “Prealpina”, “Agenia Nova”, “Corriere Quotidinao”, “La Presse”, “Unionsarda”, “Il Giornaleditalia”, “Open Online” və sair kimi mətbuat orqanları Gəncə şəhərini Ermənistanın ballistik raket atəşinə tutması haqqında məlumatlar və videoreportajlar yayımlayıblar.

Azərbaycanın İtaliyadakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, məlumatlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına bugünkü müraciətində bu mövzu ilə bağlı fikirlərindən sitat gətirilərək baş verənlərin hərbi cinayət olduğu və Ermənistanın cavabının Azərbaycan tərəfindən döyüş meydanında verildiyi bildirilir.

Məlumatlarda, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin məlumatlarına əsasən Ermənistanın bu hərbi cinayətinin ağır nəticələri barədə danışılır, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumun ciddi sayda mülki insanların itkisinə səbəb olduğu, 13 şəxsin, o cümlədən 2 uşağın həyatını itirdiyi, 50-dən çox insanın ciddi yaralandığı, çoxsaylı yaşayış binalarının və geniş ərazinin dağıdıldığı, Gəncəyə atılan raketlərin SCUD/Elbrus taktiki ballistik raketlər olduğu, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirdiyi vurğulanır.скачать dle 11.3
Mojo.az Banner