Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

İtaliya mətbuatı: “Prezident İlham Əliyev: Biz Qarabağda cənnət yaradacağıq”

12.01.2021 17:00 1 251
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: Biz Qarabağda cənnət yaradacağıq”
İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti, “Notizie Geopolitiche” analitik-informasiya portalı, “MSN Notizie” xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilmiş müşavirədə Azərbaycan dövlət başçısının 2020-ci ildə ölkədə siyasi, iqtisadi, sosial sahələrdə baş vermiş əsas hadisələr, eləcə də 2021-ci il üzrə planlarla bağlı açıqlamları dərc olunub.

Məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadən 2020-ci ilin bütün ölkələr üçün iqtisadi sahədə ağır il olduğu, amma Azərbaycanın digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxdığı, 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 11 faizdən çox artdığı, bunun da məhz şaxələndirmə hesabına əldə edildiyi və bunun real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı demək olduğu bildirilib.

Prezident İlham Əliyevin 2020-ci ildə ölkədə kənd təsərrüfatının iki faiz, orta əməkhaqqı və orta pensiyaların təqribən 13-14 faiz artdığını, koronavirusla mübarizə üçün vəsitələr xərclənsə də, müharibə aparılsa da, digər xərclər, müavinətlər və sosial paketlər olsa da ölkənin valyuta ehtiyatlarının qorunduğunu, Dövlət Neft Fondunun vəsaitinin 0,5 faiz artdığını bildirdiyi qeyd olunub.

Eyni zamanda 2020-ci ilin sonunda - dekabrın 31-də Cənub Qaz Dəhlizinin tam istismara verildiyi barədə məlumat verdiyi qeyd olunub. Məqalədə beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətlə bağlı Prezident İlham Əliyevin fikirlərinə də yer verilib.

Müşavirədə Prezident İlham Əliyevin 2021-ci ilin planlarından danışaraq dövlət investisiya planında təsbit olunmuş ənənəvi işlərlə yanaşı, azad edilmiş ərazilərdə görüləcək işlər barədə verdiyi məlumatlardan da istifadə edilib. Bu xüsusda, birinci layihə kimi Şuşa şəhərinə yol layihəsi, Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişinin mütləq olduğu, bu sahədə işlərə artıq start verildiyi, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun inşa olunmağa başlandığı və bu yolun nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcəyi bildirilib.

Digər vacib layihə kimi Toğanalı - Kəlbəcər yolu layihəsinə də start verildiyini və relyefin mürəkkəbliyini nəzərə alaraq, bu yolun üstündə tunellərin tikiləcəyini, habelə Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün hazırlıq işlərinə başlandığını bildirdiyi və Toğanalıdan Kəlbəcərə çəkiləcək yolun Laçın rayonu da daxil olmaqla davam etdiriləcəyini vurğuladığı, beləliklə, iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturunun yaranacağını bildirdiyi qeyd olunub.

Məlumatlar arasında Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarıldığı, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanının tikiləcəyi, Füzuli şəhərində də beynəlxalq hava limanının inşa ediləcəyi, bunun həm Qarabağ bölgəsinin inkişafı üçün lazım olduğu, eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəkləri, aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmaların aparılmalı olduğu və aeroportun açılışından sonra qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatının təmin edilməsi üçün AZAL-ın müvafiq iş aparmalı olduğu qeyd olunub.

İtaliya mətbuatında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin müharibənin başa çatmasından iki aydan az vaxt keçməsinə baxmayaraq, artıq çox böyük işlərin görüldüyü də qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner