Mojo.az Banner
22:23 Bu marşrutun avtobusları yenilənir - Ödəniş nağdsız olacaq  |     22:17 İran ABŞ-ni hədələdi: "Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik"  |     22:11 Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - Video  |     22:04 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub, ölən var  |     21:59 Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU  |     21:53 Azərbaycanda pivə istehsalı artıb  |     21:35 50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcək  |     21:30 İşəgötürən işçini bu halda tibbi müayinəyə göndərəcək  |     21:23 Şəki təmsilçisi çempionatdan kənarlaşdırıldı  |     21:18 İsrailə Livanı bombalamaq qadağan edilib - Tramp  |     21:13 Bu ölkədə kütləvi əfv elan edildi  |     21:04 "Qarabağ" azarkeşlərə müraciət etdi  |     20:59 Qubadlının bu kəndlərində tikinti yekunlaşmır - Köç gecikir  |     20:53 Azərbaycanda qatarların maksimal sürəti açıqlandı  |     20:45 İsmayıllıda 31 yaşlı qadın itkin düşdü  |     20:40 Gələn il Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi açılacaq  |     20:32 Elza məhkəmədə Roza Zərgərlini uddu  |     20:27 Əhaliyə sosial ödənişlər üzrə nə qədər vəsait ödənilib?  |     20:21 Gəncədə qanunsuz tikili sökülüb - Video  |     20:14 Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

İtaliyalı parlamentarilər Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumlarını pisləyib

13.10.2020 18:46 1 296
İtaliyalı parlamentarilər Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumlarını pisləyib
İtaliyanın “Liqa” partiyasından senator, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, İtaliya Senatının xarici əlaqələr komissiyasının üzvü Stefano Lucidi, “Liqa” partiyasından deputat, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi və senator, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini Maria Rizzotti kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatlar və açıqlamalarla çıxış ediblər.

Bu barədə Milli Məclisdən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, senator Stefano Lucidi bu mövzu ilə bağlı açıqlamasında İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin Ermənistan tərəfindən pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib. Senator bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulayıb.

İtaliya Senatoru Maria Rizotti də bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul edib. Son 24 saat ərazində baş verənlər Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq gərginliyi artırmasına növbəti bir sübutdur. Ermənistanın raket hücumları nəticəsində 10 mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.

İtalyan senator qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırım və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir.

Senator bəyanatının sonunda beynəlxalq ictimaiyyəti və İtaliya hökumətini Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməyə çağırış edib.скачать dle 11.3
Mojo.az Banner