Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur? | 22:16 Qubada ağır qəzada ölən gəncin fotosu | 22:11 Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub | 22:03 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev | 21:56 Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır | 21:51 Ukrayna Polşaya antidron texnologiyaları verəcək | 21:43 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu | 21:39 "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - VİDEO | 21:34 Prezident İlham Əliyev Türkiyədə səfərdədir - FOTO | 21:27 Bu ölkədə matəm elan edildi | 21:20 Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı | 21:15 Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb | 21:06 Aqrar məhsul istehsalı 3 il müddətinə ƏDV-dən azad edilir | 21:00 Bu rus məşhurlar Ukraynanın "qara siyahısı"na düşdü | 20:55 Gənclər lazımsız yarışa sürüklənir: Bir günlük təmtəraq, illərlə maddi yük (ŞƏRH) | 20:47 Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı | 20:42 Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksi açıldı | 20:34 Xankəndi stadionunda ilk rəsmi oyun noyabrın 19-da keçiriləcək | 20:29 Rusiyada Azərbaycan restoranı 265 milyona satılır | 20:22 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı |
Mojo.az Avto
Mojo.az Avto

Düşmənin hərbi vəzifəliləri məhv edildi: Tabor geri çəkilir - RƏSMİ

17.10.2020 13:54 3 078
Düşmənin hərbi vəzifəliləri məhv edildi: Tabor geri çəkilir - RƏSMİ
Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib.

Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır.

Son xəbərlər