Mojo.az Banner
21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”

16.10.2020 18:23 2 253
Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”
“İşğal edilmiş torpaqların hər biri qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir şəhərin, kəndin dəyəri o biri şəhərlər, kəndlərlə müqayisədə eynidir. Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi bir yeri var”.

Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Şuşa bizim tarixi şəhərimizdir:

“Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox dahi, istedadlı şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr vaxtı da bu məsələ həmişə gündəlikdə idi”.

İlham Əliyev vurğulayıb ki, danışıqlar masasında təkliflər var idi ki, Azərbaycan beş rayonu alsın və bununla kifayətlənsin, qalanlar qalsın:

“Mən heç vaxt bununla razılaşmamışam. Beş rayonu alıb, qalan rayonları qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cürə düzgün olmazdı. Müxtəlif vaxtlarda vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdi ki, İlham Əliyev niyə bununla razılaşmır?

Şuşasız bizim işimiz yarımçıq olar. Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna çalışmalı və nail olmalıyıq”.скачать dle 11.3
Mojo.az Banner