Mojo.az Banner
13:19 Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - Siyahı  |     13:08 Bakıda hava dəyişir – Güclü külək və temperatur enişi gəlir  |     13:06 Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər  |     13:03 Ermənistan İrandan 500 milyon dollarlıq hava hücumundan müdafiə sistemləri aldı - FOTO  |     12:56 Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO  |     12:54 WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB  |     12:52 Azərbaycan nefti ucuzlaşıb  |     12:48 Azərbaycanda aktrisa VƏFAT ETDİ - FOTO  |     12:46 İsrail səfirliyi xalqımızı təbrik etdi - FOTO  |     12:39 Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb  |     12:37 Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?  |     12:34 Sahibkarlara ŞAD XƏBƏR - Nazir AÇIQLADI - VİDEO  |     12:12 Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT (Yenilənib)  |     12:01 Hoteldə iki qadına xəsarət yetirdi, qızıllarını ələ keçirdi  |     11:42 Hacıqabulda oğurluq edən iki nəfər HƏBS EDİLDİ  |     11:38 Azərbaycanda problemli kreditlər niyə sürətlə artır? – Ekspert səbəbləri AÇIQLADI  |     11:26 Əvvəlki soyadla müəllif hüququ almaq mümkündürmü?  |     11:17 Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar  |     22:56 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək  |     22:49 Bakı Dünya Çempionatına ev sahibliyi edəcək  |    
Left Banner
Right Banner

Polad Bülbüloğlu Fransa səfirinə partiyaların Makrona etirazını çatdırıb

08.10.2020 23:28 2 852
Polad Bülbüloğlu Fransa səfirinə partiyaların Makrona etirazını çatdırıb
Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransa Respublikasının Rusiya Federasiyasındakı Səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.

Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Polad Bülbüloğlu cəbhədə yaranmış gərginliyi şərh etmək üçün ilk növbədə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınmasının zərurətini qarşı tərəfin diqqətinə çatdırıb. O, həmsöhbətinə münaqişənin hüquqi aspektləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumat verib.

Azərbaycanın səfiri münaqişənin nizamlanması həvalə edilən ATƏT-in Minsk Qrupunun fəaliyyəti, BMT TŞ-nin məlum qətnamələri, ATƏT-in Lissabon Zirvə Görüşü çərçivəsində qəbul edilmiş Yekun sənədin mahiyyəti, danışıqlar prosesində həmsədrlərin iştirakı ilə ortaya qoyulan Madrid prinsipləri, Mayendorf Bəyannaməsi və bu kontekstdə bir sıra digər sənəd və bəyanatlara toxunaraq, onların mövcud olan status-kvonun qəbuledilməzliyi, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının münaqişənin həllinin əsasını təşkil etdiyini vurğulayıb.

Bununla yanaşı, Polad Bülbüloğlu Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi, təcavüzkar siyasətinin davam etməsi, Azərbaycanın ərazilərinə yeni iddialar irəli sürməsi və ümumilikdə danışıqların mahiyyətini tam şəkildə pozaraq onu mənasız etməsi kimi addımlarının bugünkü yaranmış vəziyyətə gətirib çıxardığını söyləyib.

Fransanın səfiri ölkəsinin münaqişənin sülh yollu ilə həllinin tərəfdarı olduğunu və hazırki qarşıdurmanın tezliklə dayandırılmasının vacibliyini qeyd edib. Həmçinin danışıqların konkret nəticəyə yönəlmiş məsələlər ətrafında aparılmasının əhəmiyyətini anladığını bildirib.

Polad Bülbüloğlu Azərbaycanın uzun müddət ərzində danışıqlar apardığını, daim konstruktiv mövqedən çıxış etdiyini, səbir və təmkinlə ədalətli qərarın qəbul edilməsini gözlədiyini və ölkəmizin ərazi bütövlüyünün heç bir zaman müzakirə predmeti olmadığını xüsusilə diqqətə çatdırıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq ictimaiyyətə separatçılıqla mübarizədə səylərinin birləşdirilməsinə daim çağırış etdiyini söyləyib.

Polad Bülbüloğlu həmçinin bildirib ki, son iki il ərzində Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikası, ölkəmizə qarşı törətdiyi təxribatları, eləcə də atəşkəsin pozulması nəticəsində cəbhə xəttindən kənarda yaşayan çox sayda azərbaycanlı mülki şəxslərin öldürülməsi və mülki obyektlərin dağıdılması ona gətirib çıxarıb ki, Azərbaycan xalqı işğala son qoymaq tələbi ilə öz qəti iradəsini ortaya qoyub.

Azərbaycanın Səfiri Fransa Prezidentinin son günlərdə etdiyi məlum çıxışına münasibət bildirərək, ölkəmizin 50 siyasi partiyasının imzaladığı bəyanatı fransalı həmkarına təqdim edib. Səfirin sözlərinə görə, belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, müxalifət daxil olmaqla, Azərbaycanın bütün siyasi qüvvələri birləşərək, Fransa prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.

Polad Bülbüloğlu Azərbaycanın təcavüzkar ölkənin sülhə məcbur edilməsi əməliyyatının dayandırılmasının mümkünlüyünü yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında, bu prosesin həyata keçirilməsi üçün konkret cədvəlin təqdim edilməsində və Minsk Qrupuna daxil olan ölkələrin buna qarant çıxmasında gördüyünü bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner