Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekstrasens Qalina Bağırova: Azərbaycan bayrağının Şuşa üzərində dalğalandığını görürəm - MÜSAHİBƏ

06.10.2020 20:05 2 719
Ekstrasens Qalina Bağırova: Azərbaycan bayrağının Şuşa üzərində dalğalandığını görürəm - MÜSAHİBƏ
Qələbə Azərbaycanın olacaq, Ermənistanın baş naziri öz xalqını uçuruma aparacaq.

Bu sözləri tanınmış medium və ekstrasens, Rusiya telekanallarından birində yayımlanan “Ekstrasenslərin döyüşü“ şousunun (8-ci mövsüm) ən güclü iştirakçılarından biri Qalina Bağırova Oxu.Az-a məxsusi müsahibəsində söyləyib.

- Azərbaycan ən mürəkkəb tarixi anını yaşayır. Otuz il əvvəl Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad olunması uğrunda müharibə gedir. Deyə bilərsinizmi, Azərbaycanın taleyini necə görürsünüz və bu müqəddəs müharibə nə ilə nəticələnəcək?

- Mən Qarabağ üzərində Azərbaycanın bayrağının dalğalandığını görürəm. Qarabağ qartalın tərkibindədir - bu, Azərbaycanın xəritəsidir. İşğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonlar birmənalı şəkildə geri qaytarılacaq. Mən Şuşa üzərində və ikinci yüksəklikdə Azərbaycan bayrağının dalğalandığını görürəm.

- Hazırda Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhərlərini atəşə tutur, dinc əhalini öldürürlər. Deyə bilərsinizmi, bu, nə qədər davam edəcək?

- Şəhərlərin Ermənistan tərəfindən atəşə tutulmasına son veriləcək. Bu yolla Ermənistan Azərbaycan silahlı qüvvələrinin diqqətini Qarabağın strateji mərkəzlərindən və nöqtələrindən yayındırmaq istəyirdi. Amma əlindən heç nə gəlməyəcək. Ermənistan tərəfi Azərbaycanın şəhərlərini nə qədər çox atəşə tutsa, dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən bir o qədər qınanacaq. Azərbaycan isə yaxşı bilir ki, dünya birliyini özünə qarşı qaldırmamaq üçün səhvə yol verə bilməz və məhz bu mövqedən çıxış edəcək.

- Şuşa hər bir azərbaycanlının ümdə arzusudur. Hamı bir nəfər kimi onun azad edilməsi üçün dua edir.

- Azərbaycan silahlı qüvvələri Fizulini, Şuşanı və Ağdamı azad edəcəklər. Şiddətli döyüşlər gözlənilir. Əgər erməni qoşunları təslim olsa, onlara aman veriləcək. Dağlıq Qarabağın əhalisi Ermənistana qaçacaq. Mən boşalmış şəhərləri, Xankəndinin xarabalığa çevrildiyini görürəm. O, sanki zəlzələdən sonrakı Spitakı xatırladacaq. İnsanlar qaçırlar. Mən Ağdamın boşaldığını və dağıldığını, lakin məşhur məscidin minarələrinin salamat qaldığını görürəm.

- Bəs Nikol Paşinyanın taleyi necə olacaq?

- Paşinyan nüfuzunu və xalqının dəstəyini tamamilə itirəcək. Mən onun diz çökdüyünü, yanında ayaqlar altına atılmış Ermənistan bayrağını görürəm. Qəzəbindən ağlını itirmiş insanlar öz xalqını uçuruma apardığına görə Paşinyanı parçalamaq istəyəcəklər. O, baş nazir kürsüsündə təsadüfi adamdır və düzgün kurs götürməyib. Xalq Prezident İlham Əliyevi “Müzəffər İlham”, “Xilaskar İlham” adlandıracaq, Türkiyə həmişə Azərbaycanın yanında olacaq.скачать dle 11.3
Mojo.az Banner