20 min erməni artıq Qarabağı tərk edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada miqrantlar işdən azad olunur  |     22:52 Şəmkirdə "Niva" yanıb  |     22:47 Bakıda yarım milyonluq maşına görə 300 manat cərimə yazıldı  |     22:40 Mobil telefon rabitə sahəsində əldə olunan gəlirlər 23 milyon manatdan çox artıb  |     22:34 VÖEN-i necə aktivləşdirmək olar?  |     22:28 Lənkərandakı Dairəvi qalanın bərpası üçün satınalma proseduru başlanılıb  |     22:20 Bakıdakı məşhur restoran cərimələndi  |     22:15 AAAF Park-da oğurluq: Mənzildən soyuducu və paltaryuyan, anbardan bilyard oğurlandı  |     22:09 Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?  |     22:00 BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı  |     21:52 İranlı milyonçu qadın Bakıda aldadılıb - "3 milyonumu mənimsəyiblər"  |     21:46 Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Qiymət 35% bahalaşıb  |     21:37 Bu 5 peşəni süni intellekt əvəz edə bilməyəcək - Daim tələbat olan iş sahələri  |     21:30 Marketlərdə 40, köşklərdə 80 qəpik - Fərqin səbəbi nədir?  |     21:24 Dənizkənarı Milli Parkda Türkmənistan Kulinariya pavilyonu təqdim olunub  |     21:18 Hərbi hissə və bölmələrdə nümayiş məşqləri keçirilib - Video  |     21:12 Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB  |     21:03 Son doqquz ayda Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb  |     20:58 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub  |     20:44 Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib  |    

20 min erməni artıq Qarabağı tərk edib

Azərbaycan Ordusunun 3 istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun əldə etdiyi uğurlu əməliyyatlarından sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb.

Artıq 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb. Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yardım üçün müraciət etsələr də, gözlənilən cavabı almayıb. Rəsmi Yerevana donor təşkilatlara müraciət etmək tövsiyə olunub. Bütün bunlar cəmi 5 gün davam edən döyüşlərin nəticəsidir.

Ermənistanın "4rd.am” saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub. Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Şuşa hospitalına istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib. Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib.


Digər erməni xəbər saytları və internet televiziyalarının Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu qeyd olunur. Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər.

Son iki gündə vəziyyət daha da gərginləşib.

"İravunk” qəzeti erməni əhalisinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyini diqqətə çatdırır. Xankəndidən böyük köç başlayıb. Qarabağdakı rejim əhalinin evlərini tərk etməsinə maneələr yaratmır. Gedənlər postlarda saxlanılmır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır. Amma son məlumatlar göstərir ki, heç Qarabağ müharibəsi veteranları da vuruşmaq niyyətində deyillər. Çünki budəfəki döyüşlər əvvəlkindən çox fərqlidir. Bunu itkilər barədə ermənilərin etirafı da təsdiq edir.

Rusiyanın "İzvestiya” qəzetinin Xankəndidəki reportyoru isə yazır ki, buradan ermənilərin kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir, insanları kütləvi şəkildə Yerevana göndərirlər. "Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Polis yolüstü Yerevana gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlarına mindirib tamamilə pulsuz Yerevana aparırlar”.

Bu arada Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Ermənistan ordusunun bəzi hərbi qulluqçuları isə buna etiraz olaraq sosial şəbəkələrdə bildiriblər ki, onlar başqasının torpağı uğrunda ölmək istəmirlər”.

Döyüşlərin geniş vüsət alması əhalinin köçü ilə yanaşı rejim ərazisində bütün həyatı da iflic edib. Ermənistanın "Joxovurd” qəzeti yazır ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Bəzi saytlar isə qondarma qurumdakı mənbələrə istinadən bildirirlər ki, onların çox böyük itkiləri var. Hospitallar yaralılarla doludur. Azərbaycan tərəfinin kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq etməsi işğal olunmuş ərazilərimizdəki rejimi ciddi şəkildə qorxuya salıb, zərbələrin səhərlə yanaşı axşam da davam etməsi onlar üçün kabusa çevrilib.

Sözsüz, Qarabağdan böyük miqyasda köçün əsas səbəbi düşmənin öz ordusunun yenilməzliyi ilə bağlı apardığı təbliğatın puç olmasıdır. Göründüyü kimi, son hadisələr yerli əhali arasında ciddi ruh düşkünlüyü yaradıb. Azərbaycan ordusunun qələbə yürüşü ermənilərin bu köçünün daha da geniş vüsət alacağı şübhə doğurmur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 434 01.10.20 17:38