Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: “ F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir”

29.09.2020 22:52 1 786
İlham Əliyev: “ F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir”
“Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində aparıcının “İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki, bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir” sualına cavabında səsləndirib.

“Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır.

Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

Son xəbərlər