Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Türkiyəyə qaz ixracını 25 faiz artırıb

22.09.2020 14:01 1 770
Azərbaycan Türkiyəyə qaz ixracını 25 faiz artırıb
Azərbaycanda 2020-ci ilin yanvar-avqust ayları ərzində 25,1 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çoxdur.

Qaz hasilatının 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarında (AÇG), 12,3 milyard kubmetri isə “Şahdəniz” yatağından əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.

Eyni zamanda, cari ilin 8 ayı ərzində qaz ixracı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Bu ilin yanvar-avqust aylarında Türkiyəyə 7,2 milyard kubmetr qaz (artım 25,3 faiz) ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP qaz kəməri ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.

Ümumiyyətlə TANAP kəməri istifadəyə veriləndən (2018-ci ilin iyun ayının 30-dan) 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 milyard kubmetr qaz nəql edilib.

Energetika Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Ümumi hasilatın 16 milyon tonu “Azəri -Çıraq-Günəşli” yataqlarının, 2,4 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Bu ilin ilk səkkiz ayında 19,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

Onu da qeyd edək ki, ölkədə neft emalı isə 2020-ci ilin 8 ayı ərzində 4 milyon ton təşkil edib.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə 545,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 544,9 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.

Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172,8 milyard kubmetr, “Şahdəniz”dən isə 129,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 milyard kubmetr qaz ixrac edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Cari ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 milyon ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 18,4 milyon tonu konsorsium, 0,8 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Onu da qeyd edək ki, ölkədə neft emalı isə 2020-ci ilin 8 ayı ərzində 4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub.скачать dle 11.3
Mojo.az Banner