Mojo.az Banner
18:21 Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - Video  |     18:08 Şahin Bayramovdan yeni təyinat  |     18:06 "Fairmont Bakı"da yaşayan iş adamına "stop" qoyuldu - 1,7 milyon borca görə...  |     18:05 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:57 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı (VİDEO)  |     17:23 "Yeni Klinika"nın tibb bacısı xəstə baxıcısı işlədiyi evdən 20 minlik qızıl və pul oğurladı  |     17:07 Dayı bacısı qızının evindən qızıl oğurladı  |     16:59 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     16:46 Məşhur ispan yazıçı 91 yaşında vəfat etdi  |     16:09 Balıqçılıq məhsullarının yeni satış qaydası bu cür olacaq  |     16:08 Hörmüz boğazının idarə olunmasına dair qanun layihəsi İran parlamentinə təqdim edilib  |     15:46 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     15:43 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı - Video  |     15:32 Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir  |     15:30 Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər  |     14:47 Bu ərazilərdə iyul pensiyaları ödənildi  |     14:38 Daha bir futbolçu "Qarabağ"dan gedir  |     14:33 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq  |     13:54 Altı ayda pensiya təyinatı aparılan şəxslərin SAYI AÇIQLANDI  |     13:20 Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin layihələndirilməsi zamanı hədlər müəyyənləşir  |    
Left Banner
Right Banner

Bakıda məktəbdə karantin qaydalarının pozulması ilə bağlı iddiaya RƏSMİ MÜNASİBƏT

18.09.2020 17:46 2 509
Bakıda məktəbdə karantin qaydalarının pozulması ilə bağlı iddiaya RƏSMİ MÜNASİBƏT
Bir neçə gün əvvəl sosial şəbəkədə paytaxtın Suraxanı rayonunda yerləşən 278 saylı orta məktəbdə valideynlərin karantin qaydalarına riayət etmədiyinə dair foto paylaşılıb.

Vətəndaş iddia edir ki, rayonun Yeni Günəşli qəsəbəsində yerləşən 278 saylı orta məktəbin qarşısında və məktəbin həyətində karantin qaydalarına riayət edilmir. Fotoda isə yalnız məktəb ərazisindən kənarda sıxlıq olduğu görülür.

Bununla bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət etdik.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilk dərs günü şagirdlərin məktəbdə qarşılanması və yerləşdirilməsi pandemiya şəraiti səbəbindən sıxlıq yaşanmadan, növbəli şəkildə həyata keçirilib. Övladlarını məktəbin giriş qapısından içəri ötürdükdən sonra valideynlərə məktəbin həyətyanı sahəsini tərk etmələri tövsiyə olunub.

Qeyd olunub ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Dövlət tərəfindən tətbiq olunan qaydalar təhsilverənlərin və təhsilalanların sağlamlığının qorunması və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlib. Bu baxımdan mövcud sanitar-epidemioloji vəziyyətdə yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə ümumi təhsil müəssisələrinə kənar şəxslərin daxil olması məhdudlaşdırılıb. Bu tədbirlərə dəstək verilməsində ümumilikdə cəmiyyətin hər bir üzvünün məsuliyyət payı var.

Sorğuda da qeyd olunduğu və şəkillərdə də göründüyü kimi, sıxlıq məktəbin ərazisində yaşanmayıb. Onu da qeyd edək ki, məktəb rəhbərliyi yalnız məktəbin ərazisində müvafiq qaydaların tətbiqinə məsuldur.скачать dle 11.3
Mojo.az Banner