Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da növbəti qaradərili qalmaqalı: Yüksək rütbəli polis işdən qovuldu - VİDEO

14.09.2020 13:56 2 115
ABŞ-da növbəti qaradərili qalmaqalı: Yüksək rütbəli polis işdən qovuldu - VİDEO
ABŞ-ın Corciya ştatının Kleyton dairəsinin şerif müavini afroamerikalı Roderik Uolkerə qarşı aşırı güc tətbiq etdiyi üçün işini itirib.

Bu barədə CNN telekanalı rəsmi qurumlara istinadən məlumat yayıb.

Buna səbəb bir müddət əvvəl internetdə yüksək rütbəli polisin R.Uolkeri saxlayarkən onu yerə yıxıb üzünə təpiklə zərbələr endirməsidir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, hazırda R. Uolker cəzaçəkmə müəssisəsinin xəstəxanasında həkim nəzarəti altındadır.

Son xəbərlər