Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il bal yarmarkası keçiriləcək?

07.09.2020 16:02 1 430
Bu il bal yarmarkası keçiriləcək?
COVİD-19 pandemiyası səbəbindən ölkədə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar bu il bal yarmarkası keçirilməyəcək.

Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev bildirib.

M.Musayev qeyd edib ki, əgər Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən yarmarkanın keçirilməsinə icazə verilərsə, bu, mümkün ola bilər:

“Hazırda bal yarmarkasının keçiriləcəyi ilə bağlı qərar yoxdur”.

Nazirlik rəsmisi deyib ki, bal yarmarkasının keçirilməsi üçün ən azı bir aylıq hazırlıq müddəti lazımdır:

“Keçən il bal yarmarkası sentyabrın 28-dən oktyabrın 18-nə kimi olan müddətdə keçirildi. 2018-ci ildə isə yarmarka 5-28 oktyabr tarixlərində baş tutdu. Bu il üçün hələ ki, qərar yoxdur. Əgər karantin ləğv edilərsə və operativ qərargah tərəfindən icazə verilərsə, bal yarmarkasının keçirilməsini oktyabra planlaşdırmaq olar. Çünki qeydiyyat və arıçıların balı Bakıya gətirməsi üçün vaxt lazımdır. Amma hazırkı situasiyaya görə bal yarmarkasının keçirilməsi nəzərdə tutulmur”.

M.Musayev həmçinin bildirib ki, “Kənddən şəhərə” yarmarkalarının da fəaliyyəti aprel ayından etibarən dayandırılıb:

“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müvafiq qərar olarsa, həftəsonu, ənənəvi yarmarkaların da keçirilməsi müzakirə edilə bilər”.скачать dle 11.3
Mojo.az Banner