Bakı qış yarmarkalarının açılacağı yerlər bəlli oldu - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:25 Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır  |     15:59 "Vəfat etmiş şəxsin sığorta məbləğinin 30%-i ailəsinə verilsin" - Deputat  |     15:44 Baş nazirdən QƏRAR: Dövlət agentliyinin səlahiyyətləri artırıldı  |     15:31 Millimizin baş məşqçisinə cinayət işi açıldı  |     14:22 Gənc əsgərlərlə görüşə müvəqqəti MƏHDUDİYYƏT QOYULDU - SƏBƏB  |     14:11 Paytaxta külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Cəlilabadda saxlanıldı - Video  |     13:57 Azərbaycana payızın gələcəyi VAXT AÇIQLANDI  |     13:44 Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı  |     13:41 Hamilə sevgilisinə əzab verərək videoya çəkən şəxslə bağlı QƏRAR  |     13:02 Məktəb direktoru işdən çıxarıldı - FOTO  |     12:56 FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     12:45 Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu  |     12:16 Keçmiş məcburi köçkünlə ev sahibi arasında qalmaqal: 32 ildir evinə köçə bilmir - Video  |     12:15 Pirəkəşküldə 63 yaşlı kişini vuran sürücü tapılmır - Video  |     12:09 Musiqi, incəsənət məktəb və mərkəzlərinə sənədlərin qəbulu və qeydiyyat müddəti uzadıldı  |     12:05 İrandan Azərbaycana keçmək istəyən əcnəbi saxlanıldı  |     12:03 Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı - Dörd nəfər saxlanıldı  |     12:01 Rusiya ordusuna məxsus dron Polşada yaşayış evinə çırpılıb  |     11:16 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi  |     23:01 Ətin bahalaşmasını necə dayandırmalı? - Ekspert açıqladı  |    

Bakı qış yarmarkalarının açılacağı yerlər bəlli oldu - SİYAHI

Bu gündən "Kənddən Şəhərə” Qış yarmarkası fəaliyyətə başlayır.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək.

Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də, Abşeron rayonu ərazisində beş fərqli nöqtədə keçirilir.

Qeyd edək ki, paytaxt sakinlərinin "Kənddən Şəhərə” yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb.

"Kənddən Şəhərə” yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib.

Qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.

"Kənddən Şəhərə” Qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir.

Bayram yarmarkası həftsonu yarmarkalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, "Kənddən Şəhərə” Qış yarmarkası çərçivəsində məhsul satışı ilə yanaşı, müxtəlif tədbirlər də həyata keçiriləcək, yarmarka ərazisində xüsusi qidalanma guşələri fəaliyyət göstərəcək. Bundan başqa, yarmarkalarda uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də hazırlanıb. Eləcə də yarmarkalar Yeni il bayramı ab-havasına uyğun bəzədilib.

"Kənddən Şəhərə” Qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur:

Yarmarkanın keçirildiyi ünvanlar:

Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, "Gənclik” metrostansiyasının yanı

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)

Qeyd edək ki, "Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq həftəsonu və tematik yarmarkalar təşkil olunur. Qış yarmarkası kimi tematik yarmarkaların təşkili bundan sonra da davam etdiriləcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 835 21.12.19 17:35