Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək

20.05.2020 19:59 1 765
Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, “Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Koronavirus pandemiyası ilə əlaqədar olaraq “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar”, - məlumatda bildirilir.

“Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:

Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (“Space” TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, “Gənclik” metro stansiyasının yanı

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.скачать dle 11.3
Mojo.az Banner