Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi |
Mojo.az Avto
Mojo.az Avto

Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO

02.09.2020 17:36 1 833
Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
Bakı sakini Fərid Adıgözəlov Yeni Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yerləşən tibb məntəqəsinin baş həkimi Cəfər Cəfərov tərəfindən döyüldüyünü iddia edir.

F. Adıgözəlov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, avqustun 25-də marketdə işləməsi üçün sözügedən məntəqənin baş həkimindən sağlamlıq kağızı almaq istəyib:

“Baş həkim bunun üçün məndən 20 manat pul istədi. Mənim üstümdə cəmi 10 manatım var idi. O da 10 manatla razılaşmadı. Dedim ki, bununla bağlı səhiyyə orqanlarına şikayət edəcəm. Həkim bundan sonra məni itələyib kabinetdən çıxmağımı və hara istəsəm şikayət edə biləcəyimi dedi. Aramızda mübahisə düşdü. Üzümə şillə vurdu, mən də cavab olaraq müqavimət göstərdim. Bu zaman üstümə hücum çəkib məni yumruqladı. Əlindəki açarla boğazımı cızdı və məni otaqdan çıxardı. Səs-küyə orada çalışanlar yığışdı. Əşyalarım, telefonum otaqda qalmışdı və bunu götürməyimə imkan vermədi. Məcbur pəncərədən daxil olub əşyalarımı götürmək istədim. Məni yenə vurdu, üzüm, üst-başım qan olmuşdu. Mən “102”yə müraciət etdim. Sabunçu rayon 12-ci Polis Bölməsinə çağırdılar. Ərizə yazdım. Rəis həmin həkimi də şöbəyə çağırdı və danladı ki, sən niyə vətəndaşı vurursan? Ona görə də işi birbaşa Sabunçu rayon prokurorluğuna göndərdilər. Hazırda prokurorluqda məsələnin nə yerdə olduğunu bilmirəm. Həkimin hansısa əlaqələrindən istifadə edilərək bu işdə onun xeyrinə qərar çıxarılmasını istəmirəm. Ona görə də mediada məsələnin işıqlandırılmasını istədim. Ekspertiza sənədlərimdə aldığım zərbələr öz əksini tapıb”.

Həkimin vətəndaşdan rüşvət tələb etməsi iddiasıyla bağlı TƏBİB-ə müraciət etdik. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki, bu məsələ polis orqanlarında araşdırılır:

“TƏBİB döyülmə məsələsini araşdıra bilməz. Həkimin pul tələb etmək məsələsiylə bağlı isə vətəndaş özü TƏBİB-ə müraciət etməlidir”.


Son xəbərlər