Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstəxanada şəhid atasına qarşı zorakılıq edilib? - VİDEO

09.10.2021 15:28 891
Xəstəxanada şəhid atasına qarşı zorakılıq edilib? - VİDEO
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailəsinə qarşı zorakılıq iddiaları ilə bağlı videoçarx yayılıb.

Videoşikayətdə zorakılığa məruz qaldığını iddia edən şəhid atası danışıb. Gədəbəy rayonunun Novoivanovka kənd sakini, şəhid Bayram Qasımovun atası Arzu Bayramov iddia edir ki, sənəd məsələsi ilə bağlı müraciət etdiyi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təhqir edilib:

“Ayın 6-da Gədəbəy rayon mərkəzi xəstəxanasına sənədlə bağlı müraciət etdim. Orada kabinetlərdən birinin qarşısında bir saat gözlədim. Qapı açılmadığı üçün qapını döydüm. Qapını Bayram adlı həkim açdı. Qapıdan girəndə məni kobud qarşıladı və sinəmdən itələdi. Şəhid atasıyam deyib, vəsiqəni göstərdim. Mənə dedi ki, “Onu mənə niyə göstərirsən? Mən nə edim şəhid atasısan? Mənim özüm də qaziyəm, çıx cəhənnəm ol burdan”.

Baş həkimi əvəz edən Əmirxan həkimin yanına getdim və vəziyyəti dedim. O da Bayram həkimi çağırdı ki, məndən üzr istəsin. Bayram həkim otağa gəldi və hətta onun yanında başladı məni təhqir etməyə. Əmirxan həkimin otağında əlbəyaxa dava oldu, kənd sakinləri bizi ayırdı. Onlar şəhid ailəsinə hörmət qoymurlarsa, digər vətəndaşlarla necə davranırlar? Xahiş edirəm bununla bağlı tədbir görülsün”.скачать dle 11.3

Son xəbərlər