Mojo.az Banner
16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Uşaqlar Birliyindən dilənən azyaşlıların onlara təhvil verilmədiyini deyirlər - YENİLƏNİB + VİDEO

29.08.2020 22:44 2 136
Azərbaycan Uşaqlar Birliyindən dilənən azyaşlıların onlara təhvil verilmədiyini deyirlər - YENİLƏNİB + VİDEO
Nəsimi RPİ-nin 20 Polis Bölməsi əməkdaşları tərəfindən tapılan uşaqlar bizim sığınacağa təhvil verilməyib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib.

O bildirib ki, uşaqların reabilitasiya məqsədilə sığınacağa gətirilməsi üçün Birliyin hüquqşünası bölməyə yaxınlaşıb:

“Uşaqlar Azərbaycan Uşaqlar Birliyinə təhvil verilməyib. Hüquqşünasımız bir neçə saat polis bölməsində uşaqların sığınacağa təhvil verilməsi ilə bağlı prosedur gözləyib. Lakin, uşaqlar atası və anası ilə birlikdə Yevlaxa göndərilib”.

***

Ötən gün Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yolda iki uşaqla dilənən kişi tapılıb.

Bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində həmin şəxs və iki azyaşlı uşaq tapılıb.

Uşaqlar polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinə təhvil verilib.

27 avqust, 10:48

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb.

Görüntülərdə kişinin yanındakı uşaqlardan birinin üç, digərinin beş yaşı olduğu qeyd edilir.

Vətəndaşın “uşaqları nə üçün belə şəraitdə saxlayırsan” sualına isə kişi “imkanım yoxdur, saxlaya bilmirəm” deyə cavab verib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında yayılan videogörüntülər barədə dərhal aidiyyəti qurumlara məlumat verdiyini deyib:

“Videomaterial mənə göndərilən kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bildirdim. İki azyaşlı uşağın həyatı təhlükədədir. Heç bilmirəm həmin şəxs uşaqların atasıdır, yoxsa yox. Amma bütün hallarda uşaqlar bu adamdan alınmalıdır. Aidiyyəti qurumlar lazımi tədbirləri gördükdən sonra mən uşaqları götürüb, onların reabilitasiyası ilə məşğul olacağam. Bu adam zərərli vərdişlərin sahibidir və uşaqlar çox böyük təhlükədədirlər”.

Mövzu ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsindən redaksiyamıza bildirildi ki, əraziyə baxış keçirilir:

“Aidiyyəti üzrə məsələ tərəfimizdən araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək”.скачать dle 11.3
Mojo.az Banner