Mojo.az Banner
21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda günlərlə parkda ac-susuz qalan uşaq sığınacağa yerləşdirildi - FOTO

26.06.2020 12:34 3 806
Bakıda günlərlə parkda ac-susuz qalan uşaq sığınacağa yerləşdirildi - FOTO
Azərbaycanda uşaq sığınacağına valideynləri tərəfindən atılmış azyaşlı qız gətirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, balaca qız ötən gün polis əməkdaşları tərəfindən onlara təhvil verilib:

“Ötən gün paytaxtın Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları sığınacağa səkkiz yaşlı qız uşağı təhvil verib. Uşağın bizə verdiyi ilkin məlumata görə, İran əsillidirlər.

Özünü 2012-ci il təvəllüdlü Məmmədova Səma Kazım qızı kimi təqdim edən balaca Nizami parkı ərazisində bir neçə gündür tək qaldığını deyir. Anasının adının Şəfa olduğunu bildirir.

Vəziyyətindən də məlumdur ki uşaq günlərdir baxımsız vəziyyətdədir. Günlərdir yatmayıb, ac-susuz qalıb. Artıq sığınacaqdadır. Ona lazımi diqqət göstəriləcək. Məsələ tərəfimizdən də araşdırılacaq. Amma uşağı görən və tanıyanlardan 055-526-08-88 və ya 055-466-08-06 əlaqə nömrələri ilə sığınacağa məlumat vermələri xahiş olunur”.

скачать dle 11.3
Mojo.az Banner