Mojo.az Banner
12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrafilov da Azərbaycana gəlməkdən imtina etdi

28.08.2020 14:06 1 815
İsrafilov da Azərbaycana gəlməkdən imtina etdi
İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

AFFA-nın saytı xəbər verir ki, futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum iki dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil.

Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.

Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.

Qeyd edək ki, daha əvvəl millimizin Almaniyada oynayan futbolçusu Dmitri Nəzərov eyni səbəbdən Azərbaycana gəlmək istəməmişdi.скачать dle 11.3
Mojo.az Banner