İbtidai siniflər həftədə 2-3 dəfə olmaqla, əyani təhsilə başlayacaq.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, birinci siniflərin həftədə üç dəfə dərsə gəlməsində maraqlıdırlar:
“Yoluxma sayı artarsa, əyani dərs iki dəfəyə salınacaq. Artmazsa, belə davam edəcək”.
Qeyd edək ki, birinci sinifdə 650 min şagirdin tədrisə başlaması gözlənilir.
//oxu.az