Karantin cəriməsini ödəməyən vətəndaşların nəzərinə - DYP məlumat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:12 Bu ay dünyada ən çox bahalaşan - Məhsullar  |     20:05 Taksilərin qiyməti artıb? - Yenilənib  |     19:57 Bu ölkə Ukraynaya 100 milyon ayırdı  |     19:50 Qatlana bilən “iPhone” modeli bu tarixdən satışda - Nömrə taxmağa yeri olmayacaq  |     19:43 Rusiya ordusu Ukraynanın Sumı vilayətində 13 yaşayış məntəqəsini işğal edib  |     19:38 Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb  |     19:31 Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq  |     19:25 Sentyabr ayına olan hava proqnozu açıqlanıb  |     19:16 Kəlbəcərdə çətin relyefli ərazidə hava şəraiti ilə bağlı axtarış-qazıntı işləri başa çatıb  |     19:11 Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb  |     19:03 Ukrayna Ali Radasının deputatı qətlə yetirilib  |     18:58 Naxçıvanın dəmir yolu infrastrukturunun bərpasına başlanılacaq  |     18:52 Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam etdirilməsinə 10 milyon manat xərclənəcək  |     18:52 Sabah 38 dərəcə isti olacaq  |     18:41 Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub  |     18:35 Son bir həftədə yaşıllıqlara 13 min manatdan çox ziyan dəyib  |     18:28 Ronaldu karyerasında 940-cı qolunu vurub  |     18:17 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     18:10 Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi  |     18:05 "Kəpəz" "Neftçi"nin futbolçusunu icarəyə götürdü  |    

Karantin cəriməsini ödəməyən vətəndaşların nəzərinə - DYP məlumat yaydı

Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.

Median.Az parla.az-a istinadla xəbər verir ki, bu məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev münasibət bildirib. O qeyd edib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər:

"Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər".

Kamran Əliyevin sözlərinə görə, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni "tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir. Kamran Əliyev bildirdi ki, heç kəs məsuliyyətdən azad oluna bilməyəcək.

Qurum rəsmisi onu da qeyd etdi ki, əgər həmin şəxslər 3 ay müddətində də cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.

Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 263 21.08.20 23:50