Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusun kəskinləşməsinin əsas səbəbləri açıqlandı

21.08.2020 18:41 2 574
Koronavirusun kəskinləşməsinin əsas səbəbləri açıqlandı
“COVID-19-un kəskinləşməsinin səbəbi yanaşı xəstəliklərin olmasıdır. Obez xəstələri də buraya daxildir”.

Bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib.

O bildirib ki, bu barədə dəfələrlə məlumat verilib:

“Yanaşı xəstəliklərin olması virusun ağırlaşmasına və ölümə gətirib çıxarır. Orqanizm virusa reaksiya verir. Bunun nəticəsində immun sistemi mübarizə aparır və insan sağalır. Bu virus yeni olduğu üçün orqanizmin immun sistemi idarədən çıxır və orqanizmi zədələməyə başlayır.

Belə olan halda əsas ziyan ağciyərlərə dəyir. Ağciyərlər iltihab maye ilə dolur və oksigenin alışı pozulur. Hüceyrələr oksigenlə qidalana bilmədiyi üçün digər orqanlar da zədələnməyə başlayır, böyrəklər, ürək və digər orqanlar ziyan görür”.

Onun sözlərinə görə, dünyada və ölkəmizdə koronavirus xəstələrinin çoxu ağciyər çatışmazlığından ölür:

“Ölüm faizi Azərbaycanda 5-6 faiz olaraq qeyd edilib. Bu, dünya ölkələri ilə müqayisədə, stabil hesab oluna bilər”.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner