Mojo.az Banner
22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA

21.08.2020 18:40 2 895
“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
“Ölkədə koronavirusa yoluxan xəstələrin 5-6 faizində ağırlaşma, kritikləşmə qeydə alınıb ki, onlar ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsində müalicə alırlar”.

Bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib.

O bildirib ki, bu günə qədər ağciyərlərdə bu cür ağır fəsadlar yaradan infeksiya ilə qarşılaşmayıblar:

“Təbii ki, ağır vəziyyətdə olan xəstələrdə ölüm riski çox olur. Bu günə qədər həyatını itirən xəstələr olub. Beş ay ərzində biz ölkədəki vəziyyəti analiz etmişik və dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir”.

E.Qasımov pandemiya dövründə dövlət dəstəyindən danışıb:

“Xəstələrin müalicəsində dərman təchizatı ölkə tərəfindən qarşılanıb. Bu, bizə çox kömək olub. Təbii ki, payız aylarında ikinci dalğa olarsa, biz dövlətimizin dəstəyi ilə vətəndaşlarımıza xidmət göstərməyə, virusla mübarizəyə hazırıq”.скачать dle 11.3
Mojo.az Banner