Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:18 Sabah Bakıda və rayonlarda külək güclənəcək | 21:12 Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir | 21:05 Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı | 21:00 50 kq-dan artıq narkotik maddə ilə tutulan şəxsə ağır cəza verildi | 20:52 470 hektar ərazi minalardan təmizlənib | 20:47 "TikTok"a görə bıçaqlanan qadının əri, atası və qardaşları da həbsdə imiş | 20:40 Azərbaycan fındığı Çin bazarında - VİDEO | 20:35 Sabunçuda gəncin dönər yemək istəyi ölümünə səbəb oldu | 20:33 İranda 120 nəfər spirtli içkidən zəhərləndi, ölənlər var | 20:26 Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb | 20:18 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ | 20:09 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR | 20:00 "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıtdı | 19:57 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 19:52 İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır | 19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza |
Mojo.az Avto
Mojo.az Avto

MTRŞ ARB və "Xəzər" TV-ni cəzalandırdı

14.08.2020 19:32 1 466
MTRŞ ARB və
Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan "Report"a bildirilib ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

5 avqust 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 23 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 8 avqust 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində saat 09.00 – 10.00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 17 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Son xəbərlər