Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronaviruslu xəstələrin görüntülü zənglər vasitəsilə diaqnostikası aparılacaq

27.07.2020 14:34 1 487
Koronaviruslu xəstələrin görüntülü zənglər vasitəsilə diaqnostikası aparılacaq
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Teletəbabət» adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, koronavirusla mübarizənin gücləndirməsi üzrə görülən tədbirlər sırasında bu yenilik son texnologiyaların təqdim etdiyi imkanlardan irəli gəlib.

«Teletəbabət» pilot layihəsinin çərçivəsində xəstələr həkim qəbulundan onlayn video bağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər tərəfindən öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən onlayn qaydada həkim məsləhətlərinin alınmasına start verilib.

Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün istifadəsi olduqca rahat və sadədir. Bunun üçün "Doctor Online” tədbiqini cihaza sadəcə yükləmək kifayətdir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görünlülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətlərini göstərir.

Daha çox insanın bu yenilikdən istifadə etməsi məqsədilə Səhiyyə Nazirliyinin «Teletəbabət» layihəsindən yararlanmaq qaydaları haqqında ətraflı məlumat elanlar şəklində pilot layihənin tətbiq olunduğu Bakı şəhər poliklinikaların ərazi sahələri və yaşayış yerlərində artıq yerləşdirilib.
скачать dle 11.3
Mojo.az Banner