Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər?

26.12.2020 21:54 945
Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər?
Koronavirus xəstələrinin sayı günbəgün artdıqca, evdə müalicə alan xəstələrin də sayı çoxalır. Bu xəstəlik hər insanda özünü bir cür göstərir, belə ki, bəzilərində yüngül, simptomsuz, bəzilərində orta və ya ağır keçir. Ona görə də, xəstəliyi yüngül keçirən insanların çoxuna evdə təcrid olunaraq müalicə almaq tövsiyə olunur.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi Tamilla Əliyeva bildirib.

"Evdə müalicə alan koronavirus xəstələri hansı qaydalara riayət etməlidirlər ki, vəziyyətləri kəskinləşməsin" sualına cavab olaraq həkim bildirib ki, ilk növbədə, koronavirus testi müsbət çıxmış şəxs həkim müayinəsindən sonra evdə müalicə olunacaqsa, həkimin göstərişi ilə təyin edilən dərmanları qəbul etməlidir: "Ev şəraitində müalicə alan xəstələr sahə həkiminin tövsiyələrinə dəqiq əməl etməlidirlər. COVİD-19 xəstəsi digər ailə üzvlərindən təcrid olunur. Xəstənin hər gün qızdırması ölçülür, vəziyyəti haqqında qeydlər sahə həkiminə çatdırılır.

Bəzi hallarda evdə müalicə alan xəstələr lazım oldu-olmadı, müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Onlar düşünürlər ki, evdə müalicə zamanı özünümüalicə ilə məşğul olmalıdırlar. Həkim təyin etmədən hər hansı dərmanın qəbul edilməsi yolverilməzdir. Bəzən bu yanlış müalicə ağır fəsadlara səbəb olur. Ona görə də, mütləq həkim nəzarətində müalicə almaq vacib şərtlərdən biridir".

Evdə müalicə olunan xəstələrə qidalanma barədə də tövsiyələr verən mütəxəssis bildirib ki, qızardılmış, duzlu yeməklərdən uzaq olmaq, çoxlu maye, mürəbbəli, limonlu çaylar, duru xörəklər qəbul etmək və tərkibində çoxlu vitaminlər olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır: "Otağın havasını tez-tez dəyişin, təmiz hava ilə nəfəs alın. Nəfəs darlığı hiss etdikdə mütləq sahə həkiminizə deyin. Ən başlıcası isə evdən çıxmayın ki, ətrafda olan daha çox insanı yoluxdurmayasınız. İnsanlar bu xəstəliyi müxtəlif cür keçirirlər. Buna görə həkim tərəfindən təyin edilmiş müalicəni dəqiqliklə edilməsi olduqca vacibdir".скачать dle 11.3
Mojo.az Banner