Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu ölkədə 23 nəfərin meyiti aşkarlandı

18.07.2020 18:53 1 555
Bu ölkədə 23 nəfərin meyiti aşkarlandı
Meksikanın qərbində yerləşən Xalisko ştatında basdırılmış azı 23 nəfərin qalıqları tapılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat yerli prokurorluğun saytında yer alıb.

Məlumata görə, meyitlər El-Salto bələdiyyəsinin El-Pedreqal yaşayış məntəqəsinin ərazisində tapılıb. Onlar axtarış əməliyyatı çərçivəsində aşkarlanıblar.

“Cümə gününədək polis əməkdaşları 23 meyit, həmçinin içində müxtəlif qalıqlar olan çanta aşkarlayıb, 3 meyitin kimliyi bəlli olub”, - press-relizdə vurğulanıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Meksikanın daxili işlər nazirinin müavini Alexandro Ensinas 2006-cı ildən bəri ölkədə 60 mindən çox insanın itkin düşdüyünü bildirib. 13 illik zaman kəsimində 1964-2019-cu il arasında itkin düşənlərin 97,5%-ni təşkil edir. Bundan başqa, itkin düşdüyü vaxtı bəlli olmayan 8 mindən çox insan da mövcuddur.

Son xəbərlər