Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA qaydaları pozan 84 obyekt aşkarladı - YENİLƏNİB + FOTO

09.07.2020 22:08 2 230
AQTA qaydaları pozan 84 obyekt aşkarladı - YENİLƏNİB + FOTO
“Araz” supermarketlər şəbəkəsi mətbuatda yeddi mağazasında karantin qaydalarının pozulduğu başlığı ilə dərc edilən məlumatlara münasibət bildirib.

“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir neçə obyektdə, həmçinin ərzaq satışı mağazalarında reydlər keçirib.

Onun sözlərinə görə, yoxlamalar həmçinin “Araz” supermarketlər şəbəkəsinə daxil olan yeddi mağazada da aparılıb:

“Aparılan reyd zamanı bir neçə marketimizdə temperatur rejimində 2-3 dərəcə oynama aşkarlanıb. Qeyd edilən problem isə dərhal mütəxəssislərin müdaxiləsi ilə aradan qaldırılıb. Maraqlısı isə budur ki, AQTA-nın paylaşdığı siyahıda nöqsanlar aşkarlanan digər şəbəkə marketlərin adları yer alsa da, media bu xəbəri “Araz”la bağlayıb və “Araz” supermarketlər şəbəkəsinin adını manşetə çıxarıb.

Bildirmək istərdim ki, ölkəmizdə pandemiyanın ilkin dövrlərindən etibarən yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə marketlərimizdə ciddi şəkildə dezinfeksiya tədbirləri həyata keçirilir, müştərilərimizin təhlükəsiz alış-verişini təmin etmək məqsədilə bütün qaydalara və tələblərə əməl olunur. “Araz” supermarketlər şəbəkəsinə daxil olan hər bir müştərinin yerindəcə hərarəti yoxlanılır, əlləri dezinfeksiya edilir, maska tələb olunur. O cümlədən sosial məsafənin qorunmasına nəzarət olunur”.скачать dle 11.3
Mojo.az Banner