Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Araz"da yerli istehsal şokoladdan qurd çıxdı, market araşdırmaya başladı (VİDEO)

29.03.2018 19:59 2 448
"Araz" supermarketlər şəbəkəsinin Binə qəsəbəsində yerləşən mağazalarının birindən alınan yerli istehsal şokoladdan qurd çıxıb.

Median.az-ın verdiyi xəbərə görə, bunu müştəri Elvin Mərdanov öz sosial şəbəkəsində paylaşdığı videosunda bildirib.Hadisəyə münasibət bildirən "Araz" "Araz" supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev Qaynarinfo-ya bildirdi ki, məlumat daxil oan kimi dərhal araşdırma aparıblar.

"Məlumat bizə daxil olan kimi mağazada eyni adda şokoladlar yoxlanılmış lakin qeyd olunan hal aşkarlanmamışdır. Videoda göründüyü kimi məhsul 28.03.2018-ci il tarixində paketlənib. Biz istehsalçı şirkətə də bu barədə məlumat verdik. Marketlərimizdə məhsul satışa çıxarılmazdan öncə istehsalçılardan müvafiq uyğunluq sertifikatlarını tələb edirik. Məhsulun son istifadə tarixi bitmədiyinə görə bu istehsal problemi ola bilər. Qeyd edim ki, tərkibində dənli bitkilər və quru meyvələr olan şokoladlara qurd düşməsi hallarına bəzən təsadüf olunur. Biz Araz Supermarketlər Şəbəkəsi olaraq bu cür halların yaşanmaması üçün şokoladların saxlanma şəraitinə diqqət edir, vitrinləri hər həftə dizinfeksiya edirik. Hər-hansı bir neqativ hal yaşandıqda müştərilərimizin dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq məlumat verməsini xahiş edirik".

Qeyd edək ki, narazı müştəri daha sonra ikinci video paylaşaraq, onunla əlaqə saxlanıldığı və problemin həll olunduğunu bildirib.скачать dle 11.3

Son xəbərlər