Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi - RƏSMİ

01.07.2020 13:34 3 038
1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi - RƏSMİ
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 30 iyun 2020-ci il saat 00:00-dan 1 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 223 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə beş nəfər olmaqla ümumilikdə 1 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 315 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 800 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.скачать dle 11.3
Mojo.az Banner