Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusdan ölən müəllim beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub

29.06.2020 22:08 2 662
Koronavirusdan ölən müəllim beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub
Təhsil Nazirliyi dünən koronavirusdan həyatını itirmiş Bakı Dövlət Universitetinin müəllimi Naqif Nəbiyev haqqında məlumat yayıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin təhsil ictimaiyyətinə ağır itkinin üz verdiyini qeyd edən qurum mərhumun ailəsinə başsağlığı verib:

"Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev ötən gün vəfat edib. 60 yaşında dünyasını dəyişən Naqif Nəbiyev 1977-1982-ci illərdə BDU-nun fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 2015-ci ildən fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

Naqif Nəbiyev nanostrukturların kvant kimyəvi hesablamaları sahəsində dünya səviyyəli tanınmış mütəxəssis, Azərbaycan olimpiada hərəkatının bayraqdarlarından biri olub. Naqif Nəbiyevin saysız istedadlı gənclərin yetişməsində böyük rolu olub. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi mərhumun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"
скачать dle 11.3
Mojo.az Banner