Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik monitorinq keçirdi: 150 obyektdə pozuntular aşkarlandı

20.06.2020 17:53 1 323
Nazirlik monitorinq keçirdi: 150 obyektdə pozuntular aşkarlandı
İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyunun 19-da keçirilən monitorinqlərdə Binəqədi rayonunda “Sənan market”də, “Vanilla cake” mağazasında, “Aysel kafesi”ndə, Amil Səfərova məxsus “Ərzaq mağazası”nda, Yasamal rayonunda “Al Market”də, “Tava restoranı”nda, Eldəniz Səfərova məxsus “Geyim mağazası”nda, Xətai rayonunda “Avsar kafesi”ndə, Elxan Hüseynova məxsus “Ət satışı” mağazasında, Əşrəf Abışova məxsus “Çayxana”da, Səbail rayonunda Rəşad Rəhimliyə və Elvin Həmidova məxsus “Market”lərdə, Gəncə şəhərində “Merinos Xalı” mağazasında, "“Ayxan” marketdə, Elvin Abbasova məxsus “Dönərxana”da, Yevlax rayonunda “Xırdavat mağazası”, “Kontakt Telekom”, “Telecom Telefon mağazası” ticarət obyektlərində, “Fujifilm Foto Studio”da, “Aptek Dokta”da, Lənkəran rayonunda Fəxrəddin Əzizova, Hafiz Məmmədova və Ramiz Xamiyevə məxsus mağazalarda, Ağdam rayonunda “Ağdam Market”də, Taliyyə Nağıyevaya məxsus “Lazer epilyasıyası” xidmət obyektində, “Zeytun” MMC-yə məxsus “Aptek"də, Qusar rayonunda “Sibirskoye zdorovye” kosmetika və parfümeriya satışı mağazasında, Tamara Dadaşbalayevaya məxsus “Kafe”də, Ağsu rayonunda “1000 Cür Xırdavat”, “Parça satışı” mağazalarında, “Seyrangah” ictimai iaşə obyektində, “Aptek Zeytun 5”də, ümumilikdə monitorinq keçirilmiş 372 obyektdən 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 20-dək monitorinq aparılmış 7546 sahibkarlıq subyektindən 3285-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Son xəbərlər