Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

155 obyektdə sanitar-epidemioloji tələblərin pozulduğu aşkarlanıb

13.06.2020 20:30 1 374
155 obyektdə sanitar-epidemioloji tələblərin pozulduğu aşkarlanıb
Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyunun 12-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda Nizami Nəbiyevə, Ülvi Vəliyevə, Mohammedesmail Gitipazhouha məxsus “Mərmər” mağazalarında, “Gold dent” pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Həsən Əliyevə məxsus “Parfümeriya” mağazasında, Yasamal rayonunda “Penti Geyim mağazası”nda, “Caspian market”də, “Frish cafe”də, “Zeytun Aptek”də, “Epidibiomed” MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Rio” pərakəndə ticarət obyektində, “Hottqand mağazası”nda, “Avropa Aptek”də, Sabunçu rayonunda “Ay Store Market”də, Nizami rayonunda “Oba market”də, Abşeron rayonunda “Bol market”də, “Nur mobile”də, “Tez-bazar”, “Çiçəyim gül salonu”, “İnşaat Materialları” ticarət və xidmət obyektlərində, Mənsur Məmmədova məxsus “Kafe”də, Novruz Əliyevin “Bakı kafesi”ndə, Ağdaş rayonunda “Əziz inşaat”, “Angel geyim”, “Soliton” mağazalarında, “Estella gözəllik”, “Sabina gözəllik” salonlarında, “Lion pub çay” ictimai iaşə obyektində, Füzuli rayonunda Səyavuş Hacıyevə məxsus pərakəndə satış, Hafiz Zeynalova məxsus tikinti materiallarının satışı mağazalarında, Qusar rayonunda “Real market”də, "Ailəvi çay evi”ndə, “Puls” MMC-nin “Aptek”ində, Daşkəsən rayonunda “Arzu market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Sərhəd Market”də, “Girdiman Market”də, “Xəyal Market”də, “Orxan Market”də, “Green Park”, “Soyuq Bulaq” istirahət mərkəzlərində, “Aptek Zeytun 4”də, Masallı rayonunda “Usta Evi” təsərrüfat malları mağazasında, Vüsal Mirişovun “Market”ində, Söhbət Sultanovun pərakəndə ticarət obyektində, ümumilikdə monitorinq aparılmış 383 obyektin 155-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 13-dək 5759 sahibkarlıq subyektində monitorinq keçirilib və 2528 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Son xəbərlər