Mojo.az Banner
SON DƏQİQƏ
18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artistdən Bəhramın ölüm xəbərinə reaksiya: “Ailəniz, namusunuz, qeyrətiniz yoxdur” - VİDEO

17.06.2020 17:41 2 053
Əməkdar artistdən Bəhramın ölüm xəbərinə reaksiya: “Ailəniz, namusunuz, qeyrətiniz yoxdur” - VİDEO
“Son söhbətimizdə Bəhram söylədi ki, nəfəs daralmam, qızdırmam yoxdur, özümü yaxşı hiss edirəm. Lakin iki gün əvvəl Bəhramın halı pisləşib. Hazırda o, EKMO aparatına qoşulub. Həkimlər əllərindən gələni edirlər ki, onun müalicəsi düzgün getsin”.

Bu sözləri Əməkdar artist Cabir İmanov “Planet Parni iz Baku” komandasının üzvləri Ələkbər Əliyev və Əməkdar artist Tahir İmanovun “Instagram”da açdıqları canlı yayımda qonaq olarkən deyib.

“Çox çətin və pis vəziyyətdir. Əlimizdən hazırda yalnız dua etmək gəlir. Gərəksiz insanlar yenidən peyda olub, çirkin əməllərindən vaz keçmirlər. Bəhramın ölümü barədə yalan informasiya yaydılar. Xəstəxanada video çəkib, altından yazdılar ki, bu Bəhramdır. O vəziyyətdə olan bir xəstəni çəkib, hamıya göstərmək nə dərəcədə doğrudur? Sizin ailəniz, namusunuz, qeyrətiniz yoxdur ki, çəkib belə şeyləri yayırsınız? Sizə ar və ayıb olsun! Bu, tərbiyəyə və əxlaqa sığmır”.


Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

//oxu.az
скачать dle 11.3

Son xəbərlər