Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti: “İkinci Bəhram yoxdur, o təkdir” - VİDEO

17.06.2020 17:50 1 745
Xalq artisti: “İkinci Bəhram yoxdur, o təkdir” - VİDEO
“Bəhram cəmiyyət və xalqımız üçün fərqli insandır. İkinci Bəhram yoxdur, o təkdir!”

Bunu “Xəzər” telekanalının rəhbəri, Xalq artisti Murad Dadaşov “Planet Parni iz Baku” komandasının üzvləri Ələkbər Əliyev və Əməkdar artist Tahir İmanovun “Instagram”da açdıqları canlı yayımda qonaq olarkən deyib.

Sosial mediada həmkarı barədə yayılan ölüm xəbərlərinə M.Dadaşovun reaksiyası birmənalı olmayıb:

“Bəhramın koronavirusa yoluxması hamını çox məyus etdi. Vəziyyət şoka salacaq dərəcədədir. Bəhrama olan maraq müəyyən problemlər yaratdı. Kimsə ajiotaj yaradacaq xəbərlərə əl atdı, kimisi də spekulyasiyalara səbəb axtardı. İnanmıram ki, bu işdə kiminsə niyyəti pis idi. Bəlkə də, diqqət cəlb etmək üçün edildi. Bilmirəm... Bəhramın səhhəti ilə bağlı dualara səbəb var. Bunu dəqiq bilirəm.

Bəhramın yaşlı anası, bacısı, xanımı, övladları və bizim kimi dostları var. Hamımız çox gərginik.

Çox çətin məsələdir. Koronavirus elə bir bəladır ki, millət, yaş, cins və sərhəd tanımır. İstənilən qapıya gələ bilər”.


Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Məşhur aktyor EKMO aparatına qoşulub.

B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

//oxu.az
скачать dle 11.3

Son xəbərlər