Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsmanın müraciəti əsasında Dağıstanda qalan 19 azərbaycanlı Vətənə gətirildi

16.06.2020 22:35 1 512
Ombudsmanın müraciəti əsasında Dağıstanda qalan 19 azərbaycanlı Vətənə gətirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əhalinin bütün qruplarına xüsusi diqqət göstərilir. Bunun bariz nümunəsidir ki, xaricdə yaşayan soydaşlarımız pandemiya şəraitində davamlı olaraq çarter reysləri ilə vətənə gətirilir, həmin şəxslər karantin müəssisələrinə yerləşdirilir və onlara lazımi yardım göstərilir.

Bu barədə "Report"a Ombudsman Aparatından bildirilib.
Qeyd olunub ki, bu faktlar onun ifadəsidir ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlıqlarının qorunmasını diqqət mərkəzində saxlayır:

"Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart ayının ortalarından etibarən COVID-19 pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq vətəndaşımızın ölkəmizə qayıdışı təmin olunub".

"Yeri gəlmişkən, bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiya Federasiyasından ölkəmizə gətirilib. Onlardan 19 nəfərinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq qurumlara müraciəti əsasında, Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin birgə səyləri nəticəsində Vətənə qayıdışı təmin edilib. Qeyd edək ki, həmin 19 nəfər Dağıstan Respublikasında əcnəbi vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmış və çətin vəziyyətdə olmuş soydaşlarımızdır" - deyə məlumatda bildirilib.

Son xəbərlər