Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:47 Bakıda bu ərazidə binalar SÖKÜLƏCƏK  |     14:44 Milli Məclisdə süni torpaq sahələrində sahibkarlıq mövzusu müzakirə edildi  |     14:32 Kazino açmaq istəyən şəxs 340 min manat ödəməlidir  |     12:53 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub  |     12:52 Suriyaya pullar hansı məqsədlə göndərilib? - DTX-nin həbs etdiyi şəxs ifadə verib  |     12:51 DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"  |     12:48 Maldiv adaları ilə Azərbaycan arasında viza rejimi qismən ləğv edildi  |     12:47 İsrail Hərbi Hava Qüvvələri İrandan buraxılan yeddi PUA-nı zərərsizləşdirib (Yenilənir)  |     12:43 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:38 İtaliya XİN: "29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib" - FOTO  |     12:37 Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı  |     12:36 Günəşdə güclü partlayış baş verib  |     12:35 UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq  |     12:34 Məşhur rusiyalı müğənni Ukraynada axtarışa verildi  |     12:33 "28 May" stansiyasında tələbə qatar yoluna düşdü  |     12:32 İranda terror aktları törətməyi planlaşdıran beş casus həbs edilib  |     12:31 Ermənistanda rusiyalı milyarder Samvel Karapetyan saxlanılıb  |     12:31 Kamran Əliyev İbrahim Ləmbəranskini işdən çıxardı - FOTO  |     12:29 Azərbaycanda icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə HÖKM OXUNDU  |     12:26 Çindən İrana sirli təyyarələr göndərilib  |    

Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb. Sosial şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar. Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutması ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil. Məsələ ilə bağlı münasibət bildirən deputat Aqil Abbas isə Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını qeyd etdi: "Açığı deyim ki, bu təklifi 5-ci gün Milli Məclisdə qaldıracağam. Bakı qeydiyyatı olan vətəndaşların rayonlara rahat getməsinə icazə verilməsi məsələsini irəli sürəcəm. İmkan verilsin ki, vətəndaşlarımız rayonlara gedib öz evlərində, qohumlarıgildə və ya kirayə ev tutub qala bilsinlər. Bununla həm Bakı şəhəri boşalmış olacaq, həm də insanlarımız rahat və təmiz hava almış olacaqlar. Düşünürəm ki, o rayonlarda ki, xəstəlik yoxdur, Bakı sakinlərinin həmin ərazilərə buraxılmasını reallaşdırmaq mümkündür. Bunu həm uzun müddətli, həm də bir neçə günlük rayonlara üz tutmaq istəyən vətəndaşlar üçün tətbiq etmək olar. Ola bilər ki, insanların Ağcabədidə, Bərdədə və və ya başqa bölgədə evi və ya qohumlarının evləri ola bilər. Bu insanlar həmin ərazilərdə rahat yerləşə biləcəklər. Belə olan təqdirdə rayonlarda infrastruktur işləyəcək. Hotellər və mağazalar gəlir əldə etməyə başlayacaq”. Aqil Abbas əlavə etdi ki, əgər bu koronavirus getdikcə şiddətlənirsə, əhalini qorumaq lazımdır: "Əhalini ünsiyyəti azaltmaqla qorumaq mümkündür. İki günlük küçəyə çıxmaq qadağasına əməl etmək də vacib şərtlərdəndir. Mən qətiyyən karantinin əleyhinə deyiləm. Dövlət əhalini qorumaq istəyir. Bunun üçün bəzi qadağa və məhdudiyyətlər tətbiq olunur. Bu qadağalar qonşu Türkiyədə 4 günlük müddətdə də olub. Bunun əleyhinə getmək olmaz. Amma Bakı qeydiyyatı olan vətəndaşlara rayonlara getməyə icazə verilə bilər. Bu məsələyə mən normal baxıram və onu Milli Məclisdə qaldıracam”.
Ad - 00:32
ƏTRAFLI
hunergroup.az



11.06.2020
23:15
1969
A
PAYLAŞ
FACEBOOK
TWITTER
GOOGLE+
WHATSAPP

DİGƏR XƏBƏRLƏR

CƏMİYYƏT
Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR
11.06.2020, 23:151926

CƏMİYYƏT
Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub - RƏSMİ
11.06.2020, 22:301149

CƏMİYYƏT
Muxtar Babayev xidmət rəisini işdən azad etdi - YENİ TƏYİNAT
11.06.2020, 22:001068
DÜNYA
Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” - AÇIQLAMA
Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” - AÇIQLAMA
Elmi araşdırmalar göstərir ki, koronavirus zəifləyir.

Sfera.az cebhe.info-ya istinadən xəbər verir ki, bu sevindirici xəbəri Milan Universitetinin prorektoru, virusoloq Massimo Klementi ararılan elmi araşdırmaların nəticəsinə istinadən deyib. O bildirib ki, bu, payzıda virusun ikinci dalğasının olmayacağını söyləməyə ümid yaradır.

Klementinin sözlərinə görə, kəskin vəziyyətdə olan xəstələrin sayı azalır. Həmçinin xəstəxanalardakı şəxslərin də sayında azalma qeydə alınır. Buna baxmayaraq, virusu daha yüngül keçirənlərin, evdə müalicəylə kifayətlənənlərin sayı artır.

Araşdırmalar mart və mayın ikinci yarısındakı göstəricilərə əsasən aparılıb. Məlum olub ki, martda virus maydakına nisbətən onlarla dəfə artıq olub:

"Bu, onu demeyə əsas verir ki, virus zəifləyir. Müxtəlif ölkələrdən aldığımız məlumatlar da bunu təsiqləyir”.

Klementi bildirib ki, virus digər koronavirus infeksiyaları kimi son həddə qədər zəifləyə bilər. Bu isə insan həyatı üçün ciddi təhlükə yaratmaz:

"Belə olarsa, payızda ikinci dalğa olmayacaq”.


11.06.2020
23:00
974
A
PAYLAŞ
FACEBOOK
TWITTER
GOOGLE+
WHATSAPP

DİGƏR XƏBƏRLƏR

DÜNYA
Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” - AÇIQLAMA
11.06.2020, 23:00577

DÜNYA
Bu şəxslər də koronavirus yayır - ÜST açıqlamasını DƏYİŞDİ - FOTO
11.06.2020, 16:45930

DÜNYA
Yeni epidemiya sürətlə yayıldı - 872 nəfər...
10.06.2020, 17:402779
GÜNDƏM
Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev sabah - iyunun 12-də dəfn olunacaq.

Sfera.az xəbər verir ki, T.Mustafayevin cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq.

Onun evində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra T.Mustafayevin cənazəsi kənd qəbiristanlığında - həyat yoldaşının və oğlunun məzarı yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

Xatırladaq ki, xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb. (report.az)


11.06.2020
22:45
2510
A
PAYLAŞ
FACEBOOK
TWITTER
GOOGLE+
WHATSAPP

DİGƏR XƏBƏRLƏR

GÜNDƏM
Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
11.06.2020, 22:452234

GÜNDƏM
“OĞRU, QULDUR, BANDİT” NAZİRLƏR?! – Siyavuş Novruzovdan sensasiyalı fikirlər
11.06.2020, 16:52936

GÜNDƏM
İcaze.e-gov.az portalı yenidən fəaliyyətə başladı
10.06.2020, 16:201196
CƏMİYYƏT
Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub - RƏSMİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.


Sfera.az TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 622 test edildiyi bildirilib.


Məlumata görə, ölkə ərazisində indiyə qədər 362 654 test aparılıb.



Koronavirusa yoluxan 127 nəfər hazırda reanimasiyada müalicə alır. 22 nəfər isə süni tənəffüs cihazına qoşulub.


11.06.2020
22:30
1313
A
PAYLAŞ
FACEBOOK
TWITTER
GOOGLE+
WHATSAPP

DİGƏR XƏBƏRLƏR

CƏMİYYƏT
Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub - RƏSMİ
11.06.2020, 22:301166

CƏMİYYƏT
Karantin günlərində işləyəcək qurumlar - SİYAHI
09.06.2020, 21:453964

CƏMİYYƏT
Yoluxmanın ən çox qeydə alındığı məkanlar AÇIQLANDI
09.06.2020, 21:003021
CƏMİYYƏT
"Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək"

Qüdrət Həsənquliyev: "Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, Əli İnsanov bəyan edib ki, ölkəni vəziyyətdən çıxarmaq üçün 4 partiyanın etmad hökuməti formalaşdırmasına ehtiyac var. Siz necə düşünürsünüz?

- Əli İnsanov ahıl yaşında yenidən siyasi hakimiyyətə qayıtmaq istəyir. Siyasi rəqabətin güclü olduğu bir zamanda özünə diqqəti cəlb etməyin başqa yolunu tapa bilmir. Yəqin fikir verdinizsə, dediklərinə özü də gülürdü. Bu gün Qərbdən siyasi dəstək almaq ümidi ilə Azərbaycanın Avratlantik məkana inteqrasiya olinmasının zəruriliyindən danışır. Amma hakimiyyətdə olarkən Qərb dəyərlərini Azərbaycandan silmək üçün ən amansız möqe sərgiləyən hökumət üzvü olub. Müxalifətə həqarət edən, addımbaşı onu ən pis formada aşağılayan şəxs kimi yadda qalıb. Amma həbs olunandan sonra təhqir etdiklərinin dəstəyini almaq üçün onlardan üzr də istəyib. Bunu dəstək almaq istədiyi Qərb dairələri də bilir. Hakimiyyətdən də Prezidentlə fikir ayrılığına görə getməyib. Dediyinə görə, onunla mehriban şəkildə görüşüb icazə alaraq xaricə gedib, qayıdanda isə həbs olunub.

Bundan başqa ölkədə fövqəladə nə baş verib, hansı böhran yaranıb ki, etimad hökuməti qurulması məsələsi gündəmə gəlsin?! Həm də İnsanovun müəyyənləşdirdiyi partiyalarla. Cəmiyyətimiz inkişaf edib və dəyişikliklər istəyir. Bu dəyişikliklər Konstitusion yolla, Prezident tərəfindən islahatlar yolu ilə həyata keçirilməlidir.

Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək.

- Qüdrət bəy, bəlli müsahibəsində Əli İnsanov dolayısı ilə Prezidenti yaxın ətrafına xəyanətdə ittiham edib. Bu məsələyə münasibətiniz necədir?

- Diqqətli vətəndaşlar görürlər ki, Prezident ona xəyanət edənləri, ya da işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edir, yaxud cəzalandırır. Əslində bəzi hallarda Prezidenti belə məsələlərdə çox gözləməklə bağlı tənqid etmək olar. Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir. Ona görə də "adımı sənə qoyum, səni yana-yana qoyum” el məsəlinə uyğun davranır.


11.06.2020
22:15
1767
A
PAYLAŞ
FACEBOOK
TWITTER
GOOGLE+
WHATSAPP

DİGƏR XƏBƏRLƏR

CƏMİYYƏT
Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR
11.06.2020, 23:151865

CƏMİYYƏT
Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub - RƏSMİ
11.06.2020, 22:301138

CƏMİYYƏT
"Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək"
11.06.2020, 22:151669





XƏBƏR LENTİ
CƏMİYYƏT
Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR
23:15
DÜNYA
Dünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmayacaq” - AÇIQLAMA
23:00
GÜNDƏM
Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
22:45
CƏMİYYƏT
Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub - RƏSMİ
22:30
CƏMİYYƏT
"Xalqımız heç zaman demokrat çarşabına bürünmüş qisasçılara ölkəni dağıtmaq şansı verməyəcək"
22:15
CƏMİYYƏT
Muxtar Babayev xidmət rəisini işdən azad etdi - YENİ TƏYİNAT
22:00
MÜSAHİBƏ
“Bu sınaqdan üzüağ çıxdıq, qaldı…” – Şahin Seyidzadə
21:45
SİYASƏT

“Yollar nəzarətə götürülüb” - Müdafiə Nazirliyindən BƏYANAT
21:30
AKTUAL

Müdafiə Nazirliyinin Hospitalında YENİ TƏYİNAT
21:15
SİYASƏT
Nazim İbrahimovun qardaşını 15 illik cəza gözləyirdi, həbs edilmədi
21:00
CƏMİYYƏT

Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik etdi
20:45
AKTUAL
Səfər Əbiyevin seolit biznesi, 17 bank hesabı və əlaltıları... - FAKTLAR
20:30
İQTİSADİYYAT
SOCAR-da işçilərin təhlükəsizliyi üzrə islahatlara start verilib
20:15
CƏMİYYƏT
Qanunsuz tikililər dəmir yolu infrastrukturuna ciddi ziyan vurur - FOTO
20:00
CƏMİYYƏT
Prezidentdən mühüm SƏRƏNCAM - Rəis vəzifəsindən azad edildi
19:45
MÜSAHİBƏ
"Məsuliyyətli şəxs cərimə haqqında yox, ilk öncə özünün və doğmalarının sağlamlığı haqqında düşünür"-Deputatla MÜSAHİBƏ
19:36
İQTİSADİYYAT
Nəqliyyat sektorunda alternativ enerjidən istifadə: Beynəlxalq təcrübə və Azərbaycan
19:30
İQTİSADİYYAT
Sabahın rəsmi məzənnəsi
19:15
AKTUAL
Deputat: "Heç kimin Vüqar Səfərli kimi zəlil vəziyyətə düşməsini arzulamıram"
19:14
CƏMİYYƏT
Teledərslər yeni formatda başlayır
19:00
CƏMİYYƏT
“Pandemiya dönəmi sübut etdi ki, dəmir yolu ən optimal nəqliyyat növüdür”
18:00
CƏMİYYƏT
Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb - FOTO
17:50
CƏMİYYƏT
BNA: “BakuBus”a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq
17:40
HADİSƏ
SON DƏQİQƏ! Xalq artisti Teymur Mustafayev vəfat edib
17:30
CƏMİYYƏT
"Ay İşığı" karantin qaydalarını pozaraq toy mərasimi təşkil edib?
17:20
CƏMİYYƏT
6 ölüm, 352 yoluxma - Koronavirusla bağlı bugünkü STATİSTİKA
17:07
GÜNDƏM
“OĞRU, QULDUR, BANDİT” NAZİRLƏR?! – Siyavuş Novruzovdan sensasiyalı fikirlər
16:52
DÜNYA
Bu şəxslər də koronavirus yayır - ÜST açıqlamasını DƏYİŞDİ - FOTO
16:45
BÜTÜN XƏBƏRLƏR
« İyun 2020 »
B.eÇ.aÇC.aC.Ş.B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Ana Səhifə
Haqqımızda
Bizimlə Əlaqə

SFERA.AZ - ANALİTİK İNTERNET MEDIA. Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Saytda yer alan informasiyadan istifadə etdikdə LİNK-lə istinad mütləqdir. © 2012-2018
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 527 11.06.20 23:24