Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gündən Bakıdan rayonlara gediş-gəliş necə olacaq? - DİN-dən AÇIQLAMA

18.05.2020 12:35 2 179
Bu gündən Bakıdan rayonlara gediş-gəliş necə olacaq? - DİN-dən AÇIQLAMA
“icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə olacağı məsələsinə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir:

“Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb.

Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.скачать dle 11.3
Mojo.az Banner